Tapmacalar

353 9 10
                                    

Tapmacaları sevirsiniz mi? Mən sevirəm. Daha doğrusu sevirdim.Cavabın bilmədiyim bir tapmacayla qarşılaşana kimi.
Bir qız
Bir oğlan
Bir bina
Bir keçmiş
Və son olaraq...
2017'ci ilin ilk günü bu tapmacanın ortasına düşən mən.
Cavabı bilirsiniz mi? Bilmirsinizə...Gəlin birlikdə axtaraq.Bəlkə taparıq hə?

***

01.01.2017
00:02

2017'ci ilin ilk dəqiqələri yolları isladan yağışla birgə onun çəkmələri də gecənin yalnızlığına şərik olurdu.Tez amma qərarlı addımlara gecəyə "Salam" verirdi.2017'ci ilin ona bəxş etdiklərini təxmin edərcəsinə sağlam atırdı addımlarını.Doqquz mərtəbəli binanın qarşısında dayanıb azadlığı çəkdi içinə...Azadlığını.Son nəfəsiydi sanki.Eyni addımlarla daxil oldu içəri.Liftin düyməsinə basıb gözləməyə başladı.Səbirsizliyinə məğlub olub pilləkənlərdə qıldı qərarını.Dördüncü mərtəbəyə çatdıqda təkrar dərin bir nəfəs alaraq palçığlı çəkmələrini yerə sürtərək təmizləməyə çalışdı.Artıq zamanı idi.Nəfəsini verib qara dəmir qapının qarşısına keçdi və qaldırdığı yumruqla qapıya sərt bir şəkildə vurmağa başladı. Bir...İki...Və üç.

TapmacaHikayelerin yaşadığı yer. Şimdi keşfedin