3.
Ölüm.
Həyat nəğmədir, onun nəqarəti isə ölümdür. Viktor Hüqo.
Sübh Azanından sonra qaçan yuxumla birgə özümü pəncərənin qabağına atdım.Dost,qonşu vəyaxud düşmən fərq etməz, həyatıma girən hər kəsi göz süzgəcindən keçirdikdən sonra 'həyatıma xoş gəldin' deyirəm.Gecə Əfsun gəldi.İstər istəməz daxil oldu həyatıma.Hər şey elə sürətlə baş verdi ki...
Gecə olanları düşünürəm, həqiqətən düşünürəm, ölçüb biçirəm amma hələ də beynim dərk etməkdə çətinlik çəkir.Əfsun niyə qayıdıb? Bir il bundan əvvəl gəlib bir gün sonra isə təkrar Türkiyəyə qayıdıbmış.Yenə elə olacaq? Amma dünən həmişəlik gəldiyini dedi.Və bunlardan daha vacibi,Ayazla arasında nə var ki,gəldiyi an Ayazın yanına getdi.'Gəldim' dedi, Ayazda arxasını dönüb getdi?
Telefonumu əlimə alanda saatın artıq yeddi olduğunu görürəm.Vaxt uçur.Həqiqətən.Bugün Səmanın atasının öldüyü gündü.Bir il nə tez ötüb keçdi?
Səma mənim uşaqlıq dostumdu, tək rəfiqəm, olmayan bacım, özümdən çox inandığım yeganə insandı.Analarımız qrup yoldaşı olduğu üçün həmişə birlikdə idik.Eyni binada yaşayıb eyni baxcaya və məktəbə getmişdik.
Biz doqquzuncu sinifdə oxuyanda Səma ailəsi ilə Neftçilərə köçdü və məntiqə dayanaraq oxuduğu məktəbi də dəyişdilər.Əlbəttə ki bu dostluğumuza mane olmadı.
Bir il sonra da atam rəhmətə getdi.Abituriyent olduğum üçün bir müddət sonra hər kəs atamı bir qırağa qoymuş məni düşünürdü. Orda mənim atam ölüb insanlar isə sosial statusumu düşünürdü!Kollecə daxil olsam həyatım bitərmiş amma artıq atam olmadığı üçün məşğələlərə gedə bilməyəçəkmişəm və həyatım bitəcəkmiş.Oxudum, çox oxudum.Qəbul olacaqdım o universitetə.Baxın bu çox oxuduğum vaxt ərzində də iplərimiz qopdu.Araya sərin küləklər girdi.
Mən Bakı Qızlar Universitetinə qəbul oldum,o isə Slavyan Universitetinə.Yavaş yavaş əlaqəni kəsdik...Bir il bundan əvvəl Səmanın atası vəfat edənə kimi.
Çox didinmə insan evladı...
Qismətdə varsa ruhların birləşdiyi an,təsadüflər səpilər yer üzünə...dünyanın ayrı uclarında nəfəs alan ruhlar belə yığışar bir təsadüfün altında...Atası öləndə Səma parçalanmışdı.Çünki biz qız uşaqları atamızın qızı oluruq.Atamızın sayəsində pəri, mələk, gəlin, şahzadə oluruq...Atamız öləndə isə böyümürük...Daimi olaraq uşaq qalmağa məhkum oluruq.Bir qız yalnız və yalnız anası öləndə dərk edər həyatı.Yalnız o zaman böyüdüyünü anlayar.
Oğlan uşaqları isə...onlar üçün daha çətindir həyat.Ağlasa zəif gülsə qəlbsiz.Atası öləndə böyüyər bir oğlan, anası öləndə isə çarəsiz qalar.Tək güvəndiyi insan tərk edər onu amma səsi çıxmaz.Çünki verilən tərbiyədən bilər güclü olduğunu. Ağlamağın zəyiflik olduğunu düşünər...atar içinə və gedər.Yəni dediyim odur ki...Oğlan hər iki halda da böyüyər, doğulduğu andan bəri böyükdür bəlkə də.
Səma parçalandığı gün topladım bütün parçalarını, o özünü sağaltmaqa başladıqca verdim əksik parçalarını, bir bir..səbirlə.Biz parçalarımızı bərpa etdiyimiz müddət analarımız da eynisini etdi.Anam Səmagilin qonşusu Qüdrətlə tanış oldu məsələn.Beləliklə də başladı bu qırıq tökük hekayə.
Yun jaketimi geyinib otaqdan çıxdım.Anamın yatdığını bildiyim üçün yataq otağının qapısını döyməyə başladım. Bir iki dəqiqə sonra qapını Qüdrət açdı.Sadəcə alt paltarı ilə! Nifrət edirəm nifrət!
ŞİMDİ OKUDUĞUN
Tapmaca
AdventureTapmacaları sevirsiniz mi? Mən sevirəm. Daha doğrusu sevirdim.Cavabın bilmədiyim bir tapmacayla qarşılaşana kimi. Bir qız Bir oğlan Bir bina Bir keçmiş Və son olaraq... 2017'ci ilin ilk günü bu tapmacanın ortasına düşən mən. Cavabı bilirsiniz mi?