Gəldim...

70 3 0
                                    

Salam.Rəy yazanlara təşəkkür edirəm və rəylərinizi gözləyirəm.Hətta bölümün sonun gözləmədən sətir arası düşüncələrinizi gözləyirəm. Multimedia Ayaz Cavadzadə.


2

.Gəldim...

"Getmə" deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində.
Viktor Hüqo

-Anamın otağını sənə verib.-başımı qaşıyıb dərin bir nəfəs aldım.Gecə olduğu üçün qısa bir tanışlıqdan sonra daglışdıq.Sabah ikinci çarpayı alınacaqmış, Əfsunda artıq bizimlə yaşayacaq.Bü günlük yerdə yatacam təəssüf ki.Anam qonaq otağındakı divanı təklif etsə də qəbul etmədim.Onun şərəfsiz yoldaşının olduğu yerdə qapını qıfıllamamış yata bilməzdim.İndi isə üç aydır otağım dediyim balaca dünyanın əslində Əfsunun anasının olduğunu öyrəndim.Başqasının dünyasını mənimsəmiş olmaq...Hər zaman dediyim kimi NƏYİSƏ.

Bura köçəndə qonşular sayəsində Qüdrətin keçmişini eşmişdim bir az.Anamdan soruşmamışdım.Çünki məni marağlandırmırdı.Amma qonşularla qeybət sırasında öyrənə bilərdim .Və öyrənmişdim də.Qüdrət və bacısı bura köçəndə qadın hamilə imiş.Əri ilə boşanıbmış, Qüdrət isə heç evli olmayıbmış.Bu Əfsun qız balaca olanda qadın qeybə çəkilibmiş.Bir həftə sonra isə ölü bir şəkildə tapılıbmış.Qəribəsi isə budur ki bu hekayəni eşidəndə sadəcə qəribə olduğunu düşündüm.Halbuki o an ordaki yaşıdlarım ağlayırdı.Bilmirəm niyə elə etmişdim.Hələ də başa düşmürəm.Amma həqiqətən çox qəribədi.Əfsun isə 5 il bundan əvvəl çıxıb gedibmiş.Bir il əvvəl gəlib bir gün qalıb və yenə gedib.Bəli bunun hamısını qonşulardan öyrənmişdim.

-Sən harada yatırdın bəs? Yəni burada yaşadığın vaxtlar.Keçmişdə yəni.-and içə bilərəm ki gözlərinin içindən ilan çıxsaydı çoxdan dişlərini boyuma batırardı.

-Sənə nə?Qapını qıfıllayıram,xəbərin olsun.-bu əlbəttə ki mənim işimə gəlir amma niyə qapını qıfıllayır ki?Səbəbi olmalıdır.Hər halda.Yuxum qaçdığı üçün pərdəni aralıyıb qaranlıq küçəyə baxmağa başladım.İşıq söndürüldü və bir neçə xışıltıdan sonra Əfsunun artıq çarpayıda olduğunu başa düşdüm.Yer və göy qaranlıq idi.

Qaranlığı sevirəm əslində.Səssizliyin simvoludur qaranlıq.Amma sevəni azdır gecənin.Hətta gecən xeyirə qalsın deyirlər həmişə. Xeyirsiz olmaq ehtimalı yoxmudur gündüzün? Niyə gecədən gözlənilir ki xeyirsizlik?Gecə daha həqiqidir məncə.Həyatın qarmaşası üzündən gəcəyə saxlayırıq xəyalımızı, ümidimizi, göz yaşımızı.Bəlkə də buna görə gecədən xeyir gözlənilir?!Ən gözəlini gecə görür bəlkə də.Çarəsizliği görür,tənhalıqı görür, ruhumuzu görür gecə.Xəyalımızı yaşayırıq yuxularda.Gecə şahid olur o yuxulara.Qorxularımızla üz üzə gəlirik yuxularda.Onu da görür gecə.Tənhalıqa şərik olduğu üçün sevilmir bəlkə?

Qaranlıq küçəni aydınladan maşının işıqlarına baxanda kimin gəldiyini dəqiq bilirəm.Ayaz Cavadzadə. Doqquz mərtəbəli binada nənəsindən başqa heç kəsin sevmədiyi gənc. Hə birdə mən varam.Onu sevənlər siyahısında yəni. Amma onu sevməyim qeyri adi deyil. Çünki bu mənəm. Niyə mi?

Beş yaşım olardı.Bağçada xəstə bir uşaq var idi.Xəstəliyinin nə olduğunu bilmirdim amma xəstə idi.Yəni fiziki olaraq bizim kimi görsənirdi.Uzun boya,zəif bədənə, solğun dəriyə, qəhvəyi gözlərə...Gözlərinin üstünü örtən uzun kipriklərə,incə qaşlara, gözləri ilə eyni rəng saçlara sahib idi.Uzun və incə burnu, ensiz dodaqları var idi.Normal idi.

Uşaqlar onunla oynamazdı.Mən isə onlardan fərqli olaraq o oğlanla oynamaq istəyirdim.Çünki üstü açıq maşını var idi.Mənim gəlinciyim o maşının içində sığardı.Bir dəfə cəsarət edib yanına yaxınlaşdım.Oyuncağımı uzadıb "mən dostam" dedim.Anam o vaxtlar yad planetlilərin olduğu filmlərə çox baxırdı deyəsən.Qorxdu.Gözlərində gördüyümün qorxu olduğuna əmin idim.Sonra gülümsəyərək "sən də dostsan" dedim.Gülümsədi və arxasını dönüb getdi.Məndə küsüb oynamadım onunla.Səhəri günü bağçaya gəlməmişdi.

Ağlayaraq müəlliməmin yanına getmişdim.Mən ona oyuncaq verdiyimi və bunun üçün qəlmədiyini etiraf etmişdim. Müəlliməm gülərək sakitləşdirdi məni və dedi ki..."Mən ona başqalarının oyuncağları ilə oynama dedim ona görə oynamadı səninlə.Həm o sağalmağa gedib Leylim.Yaxşı olub qayıdacaq"

Qayıtmadı.Amma onun sayəsində sevilməyənləri sevdim mən.Yüz il keçsə də təşəkkür edərəm mən o uşağın gözəl qəlbinə.Yağışı sevmədilər mən sevdim, küçə itlərin qovdular gizlincə yemək apardım onlara.Sıçan görəndə bilərək yemək tökdüm xalçaya, tələyə düşsə də ac ölməsin deyə.

Ayazı da sevirəm.Başqadı Ayaz.Səssiz, zərərsiz. Salam bilməz,sağ ol bilməz, yol vermək bilməz, kömək etmək bilməz amma kimsə başa düşməz ki...Ayaz zərər vermək nədir onu da bilməz.

-Çək pərdəni! Yata bilmirəm. -sərt səsini qulaq ardı edərək verdim sualımı.Mənasız olduğunu düşündüyüm amma əslində dünyanın ən mənalı sualı olan o sualı verdim.

-Ayazı sevirsən? Qonşunuz.Beşinci mərtəbədə yaşayır.Nənəsi ilə.Nə düşünrsə-sözümü yarıda kəsən Əfsunun ayağa qalxıb anormal hərəkətlərlə yanıma gəlib pəncərədən baxmağı oldu.Qaranlıq olduğu üçün və yerindən birdən birə qalxdığı üçün qamətini saxlaya bilməmişdi deyəsən.

-Qapıya baxa bilərsən?

-Qapıya deyirəm. Baxarsan? -Baxışlarımı qapıya çevirdim.Nə var ki burda?

Nə var ki burda?

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

-Baxdım.Nə olub?

-Ya Səbir! Heç bir şey olmayıb!-telefonunun işığını yandırıb qapıya doğru getdi və qapının qıfılını açdı-Aşağı düşürəm. Vecinə alma və yat.

-Sən o mənada!-Biabırçılıq.Səy sözünüb leksik mənasıyam sanki.Qapıdan çıxan Əfsunun ardınca çıxıb fısıltı ilə danışmaqa başladım. -Hara gedirsən ki?

-Səni maraqlandırmır.

-Məndə gələcəm.

-Hara gələcən? Xəstəsən sən? Ged və yat.

-Sən mənə əmir verə bilməzsən!

-Qışqırma Allahın bəlası!-Mənə qışqırma deyənə bax! Nə var? Hara gedirsə məndə gedəcəm.Gecənin bir vaxtı dəli dürtmüş kimi düşüb evin ortalığına.Çıxış qapısına gedəndə dönüb mənə baxdı və dərin bir nəfəs aldı.-İki dəqiqə sonra gələcəm.Qüdrət gəlsə başın qat və öskürməyə başla.-Çarəsizcə başımı yellədim.Nəsə desəm məni burdaca kəsəcək potensiala sahibdi.Əfsun pilləkənləri qalxdıqdan sonra qapının arasında çəkmələrimin bir tayənı qoyub yavaşca pilləkənləri çıxdım.Nə var?Əfsunu görəndə durdum.Qarşısında Ayaz var idi.

-Gəldim-Dedi.Ayaz isə dərin bir nəfəs alıb arxasını döndü və evə girdi.Qapının bağlanma səsi ilə yavaşca aşağı düşdüm. "Getmə deyə biləcək qədər güclü olmalıdır insan həyatda"deyib Hüqo.Bəs 'gəldim' deyənə arxa çevirmək nədir?Güc mü gücsüzlük mü? Bəlkə də çarəsizlik.Çünki deyəcək söz tapmadığı an qaçmağa çalışır bir insan.

TapmacaHikayelerin yaşadığı yer. Şimdi keşfedin