Salam.Watty üçün qısa mənim üçün uzun bir bölüm oldu.Xahiş edirəm oxuyan hər kəs rəy bildirsin.Multimedia Leyli.
1.Biz böyüklər
"Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" (Antuan de Sent-Ekzüperi)İnsanlar olaraq çox qəribə varlıqlarıq məncə, xüsusi ilə də biz böyüklər.Niyə mi? Çünki uşaqların fantastik xəyallarına inanmayaraq ən böyük səhvi edirik.Uşaqların qurduğu xəyallar rəngarəng olur, qeyri adi, maraqlı...Səhvsiz, günahsız, pak və təmiz.Tayı bərabəri olmur o gözəl xəyalların.Amma biz böyüklər onların xəyallarına gülürük.'Uşaq ki uşaq' deyib keçirik.O kiçik qəlblərdəki arzulara gülürük biz.
Anlamırıq ki şaxta babanın çarpayının altına oyuncaq maşın qoyması və cəmisi bir bilet alan gəncin loto'da avtomobil qazanması eyni dərəcədə mümkündür.Qəribə insanlarıq biz böyüklər. Antuan de Sent-Ekzüperinin dediyi kimi "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" .Sayını itirdiyim qədər oxuduğum kitabın sonuna gəldim təkrar.Hər zaman olduğu kimi yanaqlarımdan axan yaşları sildim və saata baxdığım an gülməyə başladım. 2016'cı ilin son dəqiqələri gəlib çatdı.Yaşıdlarım dəlilər kimi əylənməsə də əminəm ki məndən daha ümid dolu qeyd edirlər bu günü.Çünki inanırlar. Nəyinsə dəyişəcəyinə, daha da yaxşı olacağına, yeni ilin yeniliklər gətirəcəyinə.
O qədər inanırlar ki...Sanki bütün başımıza gələnlərin günahkarı ötən il imiş.Daha yeni il girmədən əlvida deyirlər yaşadıqları günə.Düzgündürmü bu?
Yeni ili qeyd etməkdən yanaşı...Yeni ilidə həqiqətən nəyinsə dəyişəcəyinə inanırlar.Oysa ki dəyişən sadəcə bir rəqəm olur.Həyatımızı dəyişdirəcək heçnə baş vermir. Amma yenə də bir dolu ümid bəslənir,bir buludu dolduracaq qədər xəyal qurulur...Sonra isə yağış yağır.Buludlar bütün arzuları yerə səpir təkrar.Və biz əlimzdə xəyal qırıqlarımız ilə ortada qalırıq.İndi kim daha çox gülünəcək halda olur? Çarpayının altından istədiyi oyuncağı tapan uşaq mı? Loto'dan bir qəpik belə qazanmadığı üçün həyatdan küsən gənc mi?
Əlində olmayanı itirdiyi üçün ağlayan tək canlı növü böyüklərdir.Sadəcə bir rəqəmin həyatını dəyişəcəyinə inan da böyüklərdir.İlə necə girilsə elə də bütün ilin keçəcəyinə inanda böyüklərdən başqası deyildir.
Gecəni aydınladan işıqlar, küləyin səsini yarıda bölən partlama səsləri ilə birgə xoş gəldin deyirdi yeni ilə.Pəncərəni açıb dərin nəfəs aldım.
Sən mənim dediklərimə baxma Allahım.Uşaqlar da xəyal qurur...Böyüklərdə xəyal qurur.Yeni ildən istəmirik o xəyalları biz..Bilirik çünki...Sadəcə sən mümkün qılırsan olmaz deyiləni.Məndə xəyal quracam bu gecə, içimdəki şaxta babanın varlığına inanan qızcığaz da xəyal quracaq, məktəbə nifrət edən o qız uşağı da quracaq xəyallarını və hətta dünyanın xəyallar üstünə qurulmadığını bilən tərəfim də xəyal quracaq...Gün gələr həyata keçər ümidi ilə.
Əlvida 2016...Xoş gəldin 2017.Sadəcə bir rəqəm dəyişikliyi ilə neçə ailəni eyni süfrəyə yığdınız, neçə küsülü barışdı sayənizdə, neçə sevgili qovuşdu bir birinə.Təşəkkürlər sizə ötüb keçən və gələcək günlər. Sayənizdə dönür bizim kiçik dünyamız.
Qapının döyülmə səsi ilə pəncərəni bağlayıb yerimə uzanıram.Fikir vermə və yat Leyli! Nə baş verirsə səni maraqlandırmır Leyli!Quzuları qoyunları say Leyli! Bir qoyun, iki qoyun
-Leyli! Leyli! -üç qoyun-Leyli!-və qapım döyülməyə başladı. Nə olub görəsən? Ayağa qalxıb üstümü düzəltdikdən sonra qapını açdım.Anam mən çıxmadan otağa daxil oldu.
-Qüdrətin bacısı qızı gəlib Türkiyədən.Artıq əksik danışmadan ged görüş qızla.
-Baş üstə-anam və çimdiyi sağ olsun məcbur olub otaqdan çıxdım. Qüdrət kimdir mi? Anamın yeni həyat yoldaşı. Atamın ölümündən sonra illər keçdi və anam üç ay bundan əvvəl bu kişi qırığı ilə evləndi. Əlbəttə ki təklik sadəcə Allaha məxsusdur amma evlənəcək son insan belə deyil qüdrətsiz Qüdrət.Qüdrətin bacısı qızının kim olduğunu bilməsəm də indi tanış olacam.
Qarşımda incə, uzun və çox gözəl bir qız, hətta qadın var.İncə beli, əsmər dərisi, gözəl gözləri və hər şeydən daha vacib duruşu.
Necə deyim sarsılmaz görsənir.Sanki bütün dünyanın qarşısında tək başına dayanıb və yıxılmayıb.Heç kəs amma heç kəs qəlbini qıra bilməz sanki.Bundan yanaşı gözlərinin içində əfsun var...Gecə var gözlərinin içində.
-Əfsun tanış ol,bu balaca qızcığaz Leylanın qızıdır.Leyli.Bundan sonra bir evdə hətta eyni otaqda qalacaqsınız.Ümid edirəm ki dostdan çox bacı olacaqsız.-Əfsunlu olduğunu demişdim hə? Əfsundan yanaşı bu qızın bir tapmaca olduğunu hardan bilə bilərdim ki? Amma nə demişdi mənim balaca şəhzadəm? İti görən ancaq ürəkdir. Ən vacib olanı gözlərlə görmək olmur.
ŞİMDİ OKUDUĞUN
Tapmaca
AdventureTapmacaları sevirsiniz mi? Mən sevirəm. Daha doğrusu sevirdim.Cavabın bilmədiyim bir tapmacayla qarşılaşana kimi. Bir qız Bir oğlan Bir bina Bir keçmiş Və son olaraq... 2017'ci ilin ilk günü bu tapmacanın ortasına düşən mən. Cavabı bilirsiniz mi?