Bu gecə başqa idi. İçimdəki hiss sanki hər şeyin məhv olacağını deyirdi. Əslində bir şeylər məhv olsa belə bu mənim üçün heçnə kəsb etmirdi. Məhv olacaq nəysə qalmamışdı. Bircə mən qalmışdım məndə yaşayan ölü idim. Ailəmi avtomobil qəzasında itirdiyim gündən artıq 3 il keçir və mənim 18 yaşım olurdu. Öz özümə fikirləşirdim ki, bu 18 ilə bu qədər şeyi necə sığışdıra bilmişəm.
Lima öz özünə danışa-danışa irəliləyirdi. 3 gündür evdən qaçmış ac,susuz çöldə qalmışdı. O artıq əmisi və onun həyat yoldaşının əziyyətlərinə və işgəncələrinə dözə bilməmiş və evi tərk etmək qərarına gəlmişdi. aclığı səbəbi ilə küçənin tinində dayanıb elə ordaca yerə yıxılıb qalmışdı.
Saat 07:30. Lima oyananda saatın neçə olduğunu belə bilmirdi. Əlini başına tutaraq ətrafa boylanır qarşısından keçən tək-tük insanların ona qəribə baxışını izləyirdi.
Of lənətə gəlsin başım çox pis ağrıdır . Bu nədir belə bu çörəyi bura kim qoyub?!
Lima yanında duran çörəyə diqqətlə baxır onun bura hardan gəldiyini fikirləşirdi.
-Hardan gəldiyinin nə mənası var ki o çörək hal hazırda qarşımdadır və mən 3 gündür acam. Mmm
Çörəyi iştahla yeyən Limanın gözləri onu sakitcə izləyən kişiyə sataşdı. Geyimindən qəribə biri olduğu bəlli idi. Əlində qara dəri əlcəklər, səliqəli qara pencək, diqqətlə ütülənmiş şalvar və sanki vitrindən yenicə endirilmiş ayaqqabılar. Boynundakı qəribə simvollardan ibarət döyməsi xüsusi diqqət çəkirdi. Sadəcə bir neçə saniyə sonra adam yoxa çıxmışdı. Onun birdən birə necə yoxa çıxması Limaya da qaranlıq qalmış, aclıq başına vurmuşdu deyə düşünmüşdü. Əlindəki çörəyi yeyib bitirdikdən sonra üst başını çırpan Lima yola düzəldi. Heç özü də hara getdiyini bilmirdi.
Lənətə gəlsin Lənətə gəlsin Lənətə gəlsin hər şey La la la la la la Lənətə Lənətə hər şey lənətə La La la la deyə mırıldandı dilinin altında
-Hey yavaş olun Cənab deyə səsləndi yolda toqquşduğu adama. Başını qaldırıdığında qarşısındakının onu az əvvəl çörək yeyərkən izləyən adam olduğunun fərqinə vardı. Lima iri gözlərini daha da irilədərək
-Bu günkü ikinci qarşılaşmamızdır cənab. Və mən bundan heç də şad deyiləm. Dedi
-Adım Phlip Co..
-Adınız mənə maraqlı deyil deyərək Lima onun sözlərini yarıda kəsmiş və iti addımlarla yoluna davam etmişdi.