Bu gecə yoxdun, əvəzinə həkimim gəlmişdi. Gözəl görünürdü – sən qədər olmasada. Bir siqaret yandırdım oturum nərdivanlarda. İkimizdə susub bir-birimizə baxırdıq. Sükutu pozub dilləndi; salam gecəni sevən əziz dost, üzgün görünürsən. Gülümsəyib baxdım və dedim ki; mən bu gecə görünürəmsə, sən gəldiyin hər gecə üzgün görünürsən. Gəl danışaq – dedi, sonra süzdü məni dedi ki; Ürəyin tez-tez döyünür, heç belə görməmişdim. Dedim; ürəyimə gedən yolda biri var, yəqin yolun azıb. Sonra dedi ki; ruhuna baxıram və görürəm darmadağın, için boş ama bu halda yenə də susqunsan, nəyi gözlüyürsən? Dedim; Həkim, yaxşı bax, o içimə qaçan biri var ha, bax o içimdə hər şeyi düzəltəcək, darmadağın ruhumun dağıntlarından yeni ruh yaradacaq. Dedi; bəs ağrın? Bəs yaran? Dedim; mənim yaram olmaz. Ağrımda yox ama düzdü bəzən bilmədən toxunarlar, incidərlər ama olsun, insanıq, öyrəşirik – həm incinməyə, həm incitməyə, həmdə səhvi anlamağa. Güldü və dedi ki; özün özünü aldadırsan, gecələri sevən kəsin mütləq yarası vardır, həm kimin yarası olmaz ki? Hər kəsin var. Sən sadəcə vecinə almırsan. Dedim; mənim olmaz. Mən yarama od vuranların sayəsində tapdım yaramın harda olmasın sonra yod vurdum sağaltdım. Dedi; ürəyin boş deyil ama sanki şişib. Nə gizlədirsən orda?! Dedim; orda hər kəsdən qorumaq istədiyim birisi var onu. Hətta özümdəndə. Onu ürəyimin ən dərinində gizlətmişəm ki, nə mən onu incidə bilim nədə bir başqası. O başqa biri. Sanki mələk ama insan cildində. Bilmirəm. Beynim çox qarışıq. Dedi; dolmusan sən, danış danış. Kim O? Dedim; ürəyimin sahibi. Darmadağın ruhumun sahibi. Elə bir gülüşü var, ağlımı alır əlimdən. Üzünün nuru, sənin nurundan daha nurlu – incimə ama. Bir baxışı var, sanki orda məni gözləyir. Sanki "Gəl" deyə səsləyir. Gəlsəmmi gəlməsəmmi bilmirəm. Düzü qorxuram. Niyə və nədən qorxuram onu bilmirəm. Bax saniyələr demirəm yalan olar ama hər saat ağlımda. Anlıyırsan? Hər saat. Bax güləcən ama gülmə; Allah bütün gözəlliyin Onun üzərində həkk edib. Bizim onunla aramızda fərq bilirsən nədi ? mənin onun bir yerində deyiləm – nə ürəyində, nə beynində. Beyni burax, düşüncəsində fikrində deyiləm. O mənə gülür deyirki; gözəl görməmisən. Insanların anlamadığı bişey var – nə? Göz hər şeyi, ürəksə 1 şeyi görür. Bir qədər susduq. Bir birimizə baxdıq. Gülümsədim. Həkim dedi ki; nəyə gülürsən bəs? Dedim; gülüşü yadıma düşdü. Elə gülür sabit durmaq mümkün deyil. Ətrafındakı insanlar necə sabit durur heç anlamıram. Dəli olduğumu düşünürsənsə düşünmə. Düzdü güldüyündə dəli oluram, tam gözünün içinə baxıram yarım qalan ağlım gedir. Sənə bir şey deyiyimmi ? Gülüşündən öpmək istəyirəm. O gülüş vicuddan ibarət ola, inan onu durmadan öpərəm. Yani o dərəcə əvəz olunmaz, gözəl gülüş. Onun üzünə baxmaq, musiqi dinləmək kimi. Gülümsə və bax – danışmadan bax, toxunma – möcüzəsi pozular, dinlə ancaq. Gülüşün dinlə. Gülümsəməsin dinlə. Gözlərin dinlə. Sadəcə dinlə. Susmağın qızıl olduğun ondan öyrənnəm. Sonra susdum. Həkim baxdı o qədər güldü ki, nuru ilə gözlərim qamaşdı, mənə dedi ki; Sən eşqə düşmüsən. Dedim; səndəmi? ən azından sən etmə. Mən Onun kimi o kitabı bağlamışam. Gülümsədi və dedi ki; Bağlamış ola bilərsən amma bu açılmayacaq demək deyil. Birisi açacaq. O sənin kitabını açıb artıq. Əsəbləşib sözün kəsdim; hə hə çox açıb. O qədər açıb ki, hətta indi oxuyur. Yox hətta artıq əzbərləyib. bu mövzunu keçək. O yoxdu və olmayacaq. Mən buna inanıram. Danış səndə nə var nə yox? Baxdı və kədərləndi. Dedi ki; bizdə eyni, eyni ortama gələ bilmirik. O məndən, mən ondan ayrı. Dünya dağılsa belə, biz bir yerə gələ bilmərik. Mənim vaxtım dolur. Artıq getməliyəm. Birazdan sevdiyim, yarım Günəş çıxacaq, səndən bir istəyim var, nə olar Günəşim çıxdığını gördüyündə onu sevdiyimi de. Nə olar yadından çıxmasın. Özünü yormaq çox. Zamana burax. Sənin olan sənindi dost. Biraz kədər boğdu məni, titrədi səsim və dedim; yaxşı, söz deyəcəm Ay. Sən həkimimsən. Gecələri sənin çıxışınçun gözləyib, səhəri batıb Günəşi gətirməyinçün gözləmişəm. Uzun müddətdi artıq mənə yoldaşsan, Ay. Çox sağol Ay, var ol....sağollaşdım və bir söz demədən getdi. Bir müddət keçdi Günəş çıxırdı. Gülümsədim və əllərimi qaldırıb, uca səslə bağıraraq "SALAM GÜNƏŞ! AY-IN SALAMI VƏ SEVGİSİ VAR. SƏNİ SEVİR!" dedim. İndi yenə nərdivanda oturmuş, dodağımdan siqaret sallanmış düşünürəm. Deyəsən sənlə mən, Ay və Günəş kimiyik. Mən gecələri, sən səhərləri var olursan. Nə zaman yaxın durmaq istəsəm, yox olursan. Bir az var olub isidirsən, sonra yox olursan və mən öz soyuğumda donuram. Sən Günəşsən mən Ay. Mən gecələr xəyalınla, sənsə gündüzlər bir başqalarıyla ünsiyyətdə olursan. Gecələr olmaz, Gündüzlər olarsan. Gündüz olsam belə yenə sən var olmazsan. Dedim axı, sən Günəşsən. İndi anlarsan niyə Yuxum və Sabahım olduğunu. Özünü qoru. Ruhuna və ürəyinə yaxşı bax. Sağ ol.
19 dekabr 2015 19:14