#5

32 4 0
                                    

Bilirsən, niyə musiqini bu qədər çox sevirəm? Niyə musiqidən başqa bişeyim yox? İnsan insanın həyatına anlam qata bilər, bu təbiidi. Bir gülüş, bir xoş söz, bir oxşayış hər şeyi dəyişdirə bilər; razıyam. Lakın insanların anlamadığı, az insanın anladığı bir şey var. Musiqi bütün mənasızlığa məna qatar. Çıx şəhərə, tax qulaqcığı qulağına; sonrada bax yerişləri heç bir məna daşımayan insanlara, hava şəklinə, hərəkət edən maşınlara avtobuslara, gülüşlərə, əl-ələ tutuşlara, göz yaşına bax hər şeyə, gör musiqi sədası altında necə məna qatır. Sanki dünyanın arxafonunda çalınır mahnı və olan hər şey o mahnıya bir məna qatır. Sonra çıxar qulaqcığı, görəcən heç bir məna yox, mənasız. Bu güc musiqidə var, başqa heç bir şeydə yox; olada bilməz. Ona görə hər şeyim musiqi olub; dostum, sevgilim, həyatıma yoldaş, içimə sirdaş və s. Ona görə heç kimlə paylaşmam. Ama sənlə paylaşaram. Mən kiçik şeyləri sevirəm. Amma o kiçik şeydə böyük xoşbəxtlik olur.
Bir şey desəm düşünə bilərsənmi? Düşün. Sən piano ifa etməyi əla bacarırsan. Düşünsənə, sən bir mahnı bəstələyirsən sənə yazdığım sən dadan kiçik şeirlərə; ya da, sənin bir bəstən var, məndə sən qoxan kiçik şeirlərimi yazılar; sonra sən o gözəl səsinlə oxuyursan. Gözəl olmazmı? Sən rəsmində kiçik gülən, mən rəsmən böyük ölən. Sən kiçik gülərsən, mən ölərəm. Sən kiçik addımlarınla gələrsən, mən böyük ürəyimlə səni qucaqlar, səni ora həbs edərəm. Kiçik ürəyinə böyük hisslər qondurmaq inan çox istərdim; hər addımda geri çəkilmək – qapın bağlı. Ya səni incitməzsəm? Ya heç bitməzsən? Ya yadırğamazsam səni? Ya adını dediyimdə içim titrərsə? Ya bigün beynimdən sürüşüb ürəyimin ən dərininə düşərsən? Heçmi kar etməz bağlı qapına? Etməz. Gecələr heç bitməsə, gündüzlər heç amma heç açılmasa; bilirəm, möcüzə olub, günəş kimi çıxardın qarşıma və mən sənə aşiq olardım. Bu gecə mənə qarışıb, sabah Sabahım olacan, sən sabahlarımda və bütün zülmət gecələrimdə olacan. Hara baxsam sən; günəşə baxsam sən, ay'a baxsam sən...Və Sən! – misra-mira dodaqlarımdan süzülərək, cümlələrimdə cəmlənirsən. Qırılan ürəklərdən, itirdiyim şəhərlərdən, yanan evlərimdən, bitirdiyim sevgilərdən, bitdiyim gözəlliyindən, seçdiyim özəlliyindən, keçirdiyim dünənlərdən, açacağım sabahlardan, gur-gur yanan cəhənnəmimdən sağ çıxan tək varlısan. Sən, cəhənnəmdəki cənnətsən...və mən, orda yaşamalıyam; mən səndə yaşamalıyam. Ürəyimə gedən yolda çalan musiqimsən. Dünənimdin, bu gün sabahımsan.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 05, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

Məktublar.Where stories live. Discover now