Söhbət

30 0 0
                                    


Gəl, dostum

Əyləş,

Dinlə,

Söyləyəcəklərim var.

Yuxumda görmüşəm səni

Bax, belə,

Hə, belə oturmuşdun

Susurdun yenə.

Nolub, dostum?

Niyə fikirlisən?

Nədir düşündürən səni?

Yoxsa, itirdiyin dilin?

Ya, fikirlərin?

Onu da aldılar, helə?

Məhkəmədə?

Ah, dostum

İndi anlayıram

bu susqunluğunun səbəbini

Gözlərindəki o boşluğu

Misralarım ağlayır halına.

Gözyaşların

onları da aldılar?

Vay, dostum

necə yaşayırsan sən?

Nə?!

Ruhun?!

Onu da aldılar?!

Ulduzların rəqsiWhere stories live. Discover now