İntihar edən ulduzlar şərəfinə

29 1 0
                                    


Gecə yazıram bunu.

Qışqırıqlar gəlir çöldən.

Gülüşlər yox edir

nəğməsini Ayın

O da göylərə açıb əlini

bu günlərdə

Dua edir bizimçün.

Gələcəyimizdir deyəsən

Onu narahat edən

Əməllərimizdir

Başını yuxarılara qaldıran.

Ulduzlar da

ağlayır halımıza

Hər gün intihar edir

ulduzlardan biri

Və arzu tutur

Biz-

-İnsanlar

İntihar edən ulduzlar şərəfinə.


Ulduzların rəqsiWhere stories live. Discover now