Salam olsun ) Yeni hekayəmlə qarşınızdayam :).İnşallah bəyənərsiniz.Sürükləyici olduğunu güman edirəm.İnşallah uğurlu olar ,əziz dostlarım.Dəstəyinizi əsirgəməyin.Gördüyünüz kimi,hekayənin soundtracki var. Bəlkə bir qədər sonra dəyişdim.Sırf öz sountracki olmasa da, birşey alındırmağa çalışdım sizlər üçün.
DİQQƏT! HEKAYƏ ŞİDDƏT,QORXUDAN İBARƏTDİR.
XAHİŞ EDİRƏM,KİMƏ PİS TƏSİR EDİRSƏ VƏ YAŞI 16-DAN AŞAĞILAR ƏN AZINDAN HEKAYƏNİN "BƏZİ" SƏHNƏLƏRİNİ OXUMASIN!
ƏKS HALDA,CAVABDEHLİK DAŞIMIRAM!
XOŞ OXUMALAR,RƏYLƏRİNİZİ GÖZLƏYİRƏM ƏZİZLƏRİM :).
Balaca Amélie oynayırdı. Qaçıb karuselə minəndə birdən atəş səsləri eşitdi. Amélienin halı pisləşdi, qorxmağa başladı.
2 iri bədənli kişi Amélienin qollarından tutub maşına apardılar.
-Buraxın! buraxın məni!
Amélie çırpınır,ağlayır ,qışqırırdı.
Balaca Amélie pərişan durumda idi. Adamlar Amélieni güclə maşına saldılar.
Bir kişi səsi gəldi:
-İynə vurun yatsın. Sonra aparın Doktor Paulun yanına. Deyin mən göndərmişəm, özü başa düşəcək.Adamlardan biri iynəni hazırladı.O biri isə əllərini tutdu.İynəni damarına batıranda Amélie qışqırmağa başladı.
Əvvəlcə bədəni keyləşdi.Başı fırlandı və gözləri qaraldı.Sonra isə hər yanı qaranlıq bürüdü.
2017-ci il.Budapeşt,Macarıstan.
Amélie tər içində oyandı.Bu kabusu demək olar ki,hərgün görürdü.Atəş səsi, hıçqırıqlar qulağından getmirdi.Gözlərini açıb tavana baxdı.Harada olduğunu xatırlamağa çalışırdı.Sərt baş ağrısı ilə yerindən qalxıb luks çarpayıdan ayaqlarını salladı. Dünən işlə əlaqədar Budapeştə gəlmişdi. Oranın luks otellərindən birində idi. Dünən Lenard onun üçün böyük parti vermişdi. Ona partidə maksimum gözəl olmasını söyləmişdi. İstədiyi qədər əylənməsini tapşırmışdı. Görünür, əyləncənin dozasını qaçırıb, yoxsa bu baş ağrısını heçnə ilə əlaqələndirmək olmazdı.
Əllərini dəstək edib yerindən qalxdı. Başı fırlandı, ac idi. Hamama doğru irəlilədi. Saçlarını açıb güzgüyə baxdı. Öz görüntüsünü görüb diksindi. Göz makyajı axmışdı. Əynini soyundu. Duşa girdi. Bəlkə belə bir az vaxdı olacaqdı düşünməyə. Heçnə xatırlamırdı keçmişi haqqında və bu onu çox narahat edirdi. Arabir bu yuxuları görürdü amma nə mənası olduğunu bilmirdi. O düşünürdü ki, bu keçmişdə baş verən hadisədir. Öz ana atası hardaydı, nə edirdilər deyə çox maraqlanmışdı. Lenard ona atasının heç vaxt olmadığını, onu lap körpəlikdən atıb getdiyini demişdi, anası isə onu dünyaya gətirərkən ölmüşdü Lenardın dediyinə görə. Amma bilirdi ki, gerçək həqiqət bu deyil. Bir neçə dəfə araşdırmaq istəsə də Lenard icazə verməmişdi.Keçmişini bilmək istəyirdi,ata anasını tanımaq istəyirdi.8 yaşından əvvəlini heç xatırlamırdı,Lenard ona qəza keçirib yaddaşını itirdiyini demişdi.Bəzən də vecinə deyildi.Heçkim onu maraqlandırmazdı. Incitmirdi onu heçnə, o soyuq qadın idi. 25 yaşında bunu bacarmışdı. Hissiyatını itirmişdi. Bəli, o qəddar idi. Gözünü qırpmadan öldürər, vicdan əzabı çəkməzdi. Çox gözəl idi, amma illər onu azda olsa yormuş, qocaltmışdı. Saçları qara, çox da uzun deyildi. Gözləri də qara idi. Bəlkə də taleyi də.
Duşdan çıxıb çarpayıya irəlilədi. Şkafda paltar olmadığını xatırladı. Paltarları çamadandan çıxardı. Burada çox işi yox idi. Həmişəki kimi yenə qara bluz, qara uzun pencəyini və cins şalvar götürdü. Qara rəng kablukunu ayağına keçirdi. Ciyərləri nikotin tələb edirdi. Gedib çantasından siqaret paçkasını götürdü. Ac-acına siqaret yaxşı olmayacaqdı amma vecinə deyildi. Siqareti dodaqlarının arasına yerləşdirdi. Kibritlə yandırdı. Pəncərəni açıb önündə dayandı. Tüstü yuxarı qalxıb yox olduqca Amélie də fikirlər arasında yox olurdu.
ŞİMDİ OKUDUĞUN
Amèlie (Aydınlıqdan Zülmətə)
Teen FictionDüşünməyə vaxt yoxdu.. Nəfəsini tut.. Qəlb atışlarını görə bilirəm.. Testi keçməlisən.. 1.. 2.. 3.. Tətiyi çək! Sən oyandığın zaman,o artıq getmiş olur...