Bələdçi qız piştaxtadan çörəyə əl ataraq soruşdu:
-Neçə dənə xanım?
-2 dənə , nə qədər edəcək?
-1 manat
Sona çörəyin pulunu verib çıxdı və yoluna düzəldi. Yolu ilə gedərkən burada nə edəcəyi barədə düşünüb xəyallar qurmağa başladı.Əvvəl universitet oxumalı , sonrada işə girib ailəsinə kömək etməli idi.Atasının gəliri pis deyildi. Amma 5 nəfərlik ailə üçün yaxşıda deyildi. Bir aylıqla həm 5 nəfər doymalı,geyinməli,həmdə xəstə nənəsinim dərmanları alınmalı idi.Sonanın inustuta imtahanına son bir ay qalmışdı. Daha çox çalışmalı idi.Atasının ümidlərini,anasının arzularını doğruldmalı idi.Balaca qardaşına örnək ola bilməli idi. Çox çalışmalı idi....Bu düşüncələrlə evə gəlib çatdı.Qapını astaca döydü. Anasl açdı qapını və qızını mehribancasına qarşıladı:
-Xoş gəldin qızım. Yolu azmadın ki?!
-Yox anacan.Çətin deyilki,küçənin tinindən sağa...,vəssəlam.
Ana gülümsədi
-Afərin qızım, keç ! Yeməyini soyutma.Sona mətbəxə keçdi. Ana makaron bişirmişdi. Dünən də makaron yemişdilər,əvvəlki gündə...Sona naşükürlük etmirdi. İranda heç bunu da tapa bilməyən ailələr var və Sonagilin ailəsi də o ailələrdən idi. Bakıya köçdükdən sonra az da olsa normal yaşamağa başlamışdılar.
ŞİMDİ OKUDUĞUN
Qayıdış
Mystery / ThrillerHava aydınlıq idi.Saysız hesabsız ulduzların əhatəsində 14 günün ayı parlayırdı.Ay elə işıq saçırdı ki , lampa kimi..Sonanın üzündə ay işığı düşdü.Üzündəki sadə təbəssüm ilə ay'ın nuru elə bir vəhdət yaratmışdıki... Xəfif külək Sonanın saçını üzünə...