6

13 3 0
                                    

Sonanın gözləri doldu . Sevincdən  az qaldı ayağını yerdən üzsün.Çox xoşbəxt hiss edirdi özünü.Sonanın uğurlu həyatına keçidinin birinci və ən əsas qapısı bu imtahan idi. Xəyallarını qurduğu həyatın işıqları yandı sanki.Sevincini hamı ilə bölüşmək istəyirdi.
Evə gəldi...Çox nəşəli idi.Şıltaqcasına yataqda uzanmış,təəccüblü nəzərlərlə Sonanı kəsən nənəsinə tərəf qaçdı.
Həyat dolu sədaqətlə öpdü ağbirçəkləyindən nənəsinin
-Asta ol qızım...Bu nə nəşə?! Nəyə borcluyam bu öpüşü?-nənəsi soruşdu
Sona gülümsəyərək:"678 bal toplamışam nənəə,Artıq tələbəyəm.Çox az müddət sonra bizdə digər ailələr kimi süfrəyə gələn yeməkdən doyunca yeyəcəyik,sənin dərmanlarını qaydasında alacam,atam artıq bizi dolandırmaq haqda qəm çəkməyəcək....
   Elə bu vaxt qapı açıldı.Solmaz ana İsmayılla içəri daxil olub məəttəl baxışlarlarla soruşdular-"Nə olub?"
Sonanın üzündəki nəşə, gözlərindəki sevinc bütün evə təsir etmişdi. Sanki daş divarlarda gülürdü.
-Sevin, Solmaz,qızın 678 bal toplayıb...
Solmaz ana heyranlıqla əllərini ağzına apardı.Gözləri doldu.Qızını bağrına basdı .Müvəffəqiyyət dilədi...
-Afərin qızım mənim! İnşAllah sağlığla bitir universiteti...Ümidimiz böyükdü...

QayıdışHikayelerin yaşadığı yer. Şimdi keşfedin