7

16 1 0
                                    

Əziz oxucularım...Kitabın giriş hissəsi bəzilərinizin marağsız oxumağınıza səbəb olsa belə sonraki ani dəyişiklikləri daha yaxşı qavraya bilmək üçün diqqətlə oxusanız sevinərəm...Fikirlərinizi bölüşməyi unutmayın..
         #poctalyon😊 "
..
.
Solmaz ana heyranlıqla əllərini ağzına apardı.Gözləri doldu.Qızını bağrına basdı .Müvəffəqiyyət dilədi...
-"Afərin qızım mənim! İnşAllah sağlığla bitir universiteti...Ümidimiz böyükdü...Bizim yaşadığımız səfil həyatı yaşama.Atanda sevinəcək...Oda çox böyük həvəslə gözləyirdi"
.
Bu vaxt ayaq səsləri eşidildi.Deyəsən gələn ata idi.Qapını m döydü.İsmayıl qapını açdı və o dəqiqə sevincək qışqırdı:
-"Ata bacım instituta qəbul olub!"
Ata Sona'ya sonra Solmaza baxdı.
Anasının səsini eşitdi :
-"Qızını təbrik etməyəcəksən oğul? "
Ata hələ şokda idi.Və nəhayət özünə gəlib qızının alnından öpdü və təbrik etdi.Çoox sevinmişdi.Ürəyi qanadlanıb uçurdu sanki...Bir ata üçün ən şad xəbər idi bu...
    
Həmin günü öz imkanları daxilində "ziyafət "etdilər. Masa arxasında əyləşən ailə üzvləri və bir də Sonanın Azərbaycandakı yeganə can dostu, rəfiqəsi Zərifə,Sonanı təbrik edirdilər.Çox sevindiklərini bildirir,məsləhət və tövsiyələrini səsləndirirdilər.Arabir edilən duzlu zarafatlar hamını güldürürdü.Yeməkdən sonra ata qazet oxumağa başladı.İsmayıl otağa gedib yatdı.Solmaz ana, Sona və Zərifə mətbəxdə söhbət edə edə bulaşmış qabları yuyurdular.Solmaz ana Zərifə yə tərəf baxıb:
-"Qızım bu yaxınlarda elə bir baha olmayan paltar dükanı tanıyırsan?
Sona üçün yaxşı əlbisə almağa.Universitetə yeni geyimlərlə getsin istəyirəm"dedi
Zərifə gülümsəyərək Solmaz anaya dedi:
-"Əlbətdə,Solmaz xala.Niyə yoxdur ki?!
Hər yerdə hər qiymətə, istədiyiniz kimi geyimlər var "
Solmaz ana gülümsündü:
-Lap yaxşı .Onda Sona  ilə birlikdə alarsınız. Əgər sənində anan icazə verərsə getməyə...
-Əlbətdə, o nə sözdür?! Gedərik...

Onlar belə şirin söhbətlər edə edə işlərino bitirdilər.Zərifə saata baxdı. Artıq gec idi.Evə getməli idi.Xüdafizləşib əynini geydi

QayıdışHikayelerin yaşadığı yer. Şimdi keşfedin