Həyatımdan kitab yazsam əminəm ki, ən çox satılanlar siyahısında ilk pillədə olardı. Axı insanlar kədərli hekayələri sevirlər?! Kədərli hekayəni oxumaq gözəl ola bilər amma əmin olun ki, yaşamaq heç də gözəl deyil. İnsanlar yazdığım bütün hekayələri bəyənir, yazacaqlarımı səbirsizliklə gözləyirdilər. Bu məni xoşbəxt edirdimi? Yox! Kədərimin sevilməsi məni bir az daha yalnızlaşdırırdı.
Bu səhər yenə "mən hələ də sağammı?" deyərcəsinə gözlərini həyata açdı qadın. Ayağa qalxıb gücsüzlükdən əsən ayaqlarını döşəməyə bərkidərkən günəşin işığı nə isə demək istəyirmiş kimi gecədən şişmiş gözlərinə yönəldi. Günəşin açdığı cığırla pəncərə önünə gələrkən yenə də pəncərə önündə keçmiş uşaqlığını xatırladı. İllər keçsə də heç nə dəyişməmişdi. O, bu həyətdə top oynaya oynaya böyümüş bütün uşaqları tanısa da, onu heç kim tanımırdı.
Bu gün yenə hamı harasa tələsirdi. Sanki indi dünya duracaq və işləri yarım qalacaqdı. Görəsən xoşbəxtdilərmi bu insanlar? Həə, yəqinki bu saatda bayıra çıxa bildiklərinə görə hər şeyləri yerindədi. Bunları düşünərkən həyət boyunca uşağı ilə qaçaraq oynayan xanıma baxıb köks ötürürdüm. İndi onun yerində mən də ola bilərdim. Həəə, harada qalmışdım? Deyirəm ki, mən bu gün bir az daha ölürdüm. Hər dəfə ölümün astanasından qayıdır, əzablı günlərimi bir az da uzadırdım. Amma gözəl idi yaşamaq. Ən gözəli isə ümid idi. O ümid ki, Hər gecə səhərin açılmasını xəyal etdirirdi. Kim səhərin açılacağını düşünərkən xoşbəxt ola bilər ki? Mən olurdum amma. Bəlkə də ölən tək mən deyildim. İnsanlıq da ölürdü ara sıra. İnsanlar artıq üstü bəzəkli əşyalarla xoşbəxt olurdular. Üzlərini güldürmək də günü gündən çətinləşirdi. Mən gülürdüm amma... Həm də tez-tez gülürdüm. Olanlara, olmayanlara, olmayacaqlara...
YOU ARE READING
Həyatın astanasında
Non-FictionBəlkə də heç kimə demədiyin imkansızlıqların vardır sənin də. Demədiyin, deyə bilmədiyin, ya da artıq deməkdən bezdiyin... Hər tək qaldığında və ya səmaya baxdığında xatırladığın... Bir vərəq götürüb "indi nəsə yazacam" dediyində qələmi vərəqə toxun...