Bu səhər günəş də bir başqa idi...

4 1 1
                                    


Bu səhər günəş də bir başqa idi. Buludların arxasında gizlənirdi. Bəlkə də utancı dünən mənə "sabah daha yaxşı olacaqsan" ümidini verdiyindən idi. Amma onun utancı ağrıları azaltmırdı. Dünən pəncərə önünə gəlib yaşaya bilmədiklərimdən gileylənərkən o an yaşadığıma haqsızlıq etmişdim məgər. İndi nələrimi verməzdim o anı yaşamaq üçün. Həyətdən yenə uşaq səsləri gəlirdi. Gələn tək onların səsi də deyildi, öz uşaqlığım da gəlirdi gözümün önünə. Tavana zillənmiş baxışlarım ara sıra enirdi önümə. Həə, o yenə burada idi. Yenə gəlmişdi. O zəif bədəni onsuz da heç vaxt yaddaşımdan getməmişdi. Bir də gözləri. Ən çox da gözləri. Doğrudan da, bəlkə də dəyişməyən yeganə şey idi. Hər zamankı kimi günahsız amma günaha məhkum. Nə o böyüyüb mənim yerimdə olmaq istəyərdi, nə də mən uşaqlığıma qayıdıb "o" olmaq istəyərdim.

Mən ümumiyyətlə heç kim olmaq istəmirdim. Onsuz da məni "mən" edən hər şey yavaş yavaş məhv olurdu. Torpaq olmaq, torpağa qarışmaq istəyirdim. Həm sağalmaq, həm də mümkün ola biləcək bütün sağalma ehtimallarımı qurutmaq istəyirdim. Mən bu gün hava olmaq istəyirdim.

Günahsızlığım məsumluğumdan deyildi. Sadəcə həyat mənə hətta günaha batmaq üçün belə fürsət verməmişdi. Bütün cismimlə günahsızlıq qoxurdum mən. Hava olmaq istəyirdim. Bu gün hava günahsızlıq qoxsun istəyirdim...

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Feb 07, 2018 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

Həyatın astanasındaOnde histórias criam vida. Descubra agora