Balaca qiz özünü bildiyi gündən bəri anasından böyük bir şəfqət görmüş və ondan eşitdiyi sözlərlə, yeddi cuce ve sahzade nagilindan sahzadenin daha gözəl olduğuna inanmışdı. Ona görə, nur üzlü və badam gözlü idi. Bir dənəcik balası idi hər vaxt. Amma ibtidai məktəbə başlayınca işlər dəyişdi. Yoldaşları, onun heç də gözəl olmadığını, hətta çirkin belə sayıldığını söyləməkdə idi.
Kiçik qız, ilk əvvəllər onlara inanmadı. Çünki hər kəs bir-birini qısqanırdı. Amma bir neçə il içində gerçəklərlə üzləşdi. Anasının bir sahzadeye bənzətdiyi üzü, çiçək xarabı bir dəriyə sahib idi. "Badam" dediyi gözləri isə çəp idi. Bədəni də bir sərvi xatırlatmırdı. Demək ki anası onu aldatmış və illər ili çəkinmədən yalan danışmışdı.
Gənc qızın ana sevgisi, qısa bir müddət sonra nifrətə çevrildi. Evlənmə çağına gəlmiş olmasına baxmayaraq üzünə baxan yox idi. Üstəlik də gözləri, bütün müalicələrə baxmayaraq düzəlmirdi.
Gənc qız, həkimlərin gizlicə etdiyi danışmalardan kor olacağını anladığında dəliyə döndü və özünü hələ uşaqlıq illərindəki ifadələrlə sevən anasının bu yalanlarına dözə bilməyib evi tərk etməyə qərar verdi. Lakin anası, uzaq bir yerdə iş tapdığını söyləyərək ondan əvvəl davrandı. Və qazandığı pulları bir qohumuna göndərib, qızına baxmasını xahiş etdi.
Gənc qız bir müddət sonra görməz oldu. Qaranlıq dünyasında tek idi. Bu vaxt anasını heç maraqlanmırdı. Yalançı idi anası, ölsə belə bir itkin sayılmazdı.
Bir gün həkimlər, uyğun bir cüt göz tapdıqlarını söyləyərək qızı əməliyyat etdilər. Ancaq o, gözünü açdığında yenə eyni üzü görməkdən qorxurdu. Lakin kor olmaq çətin idi. Heç olmasa kimsəyə yük olmazdı.
Gənc qız, əməliyyat sonunda guzguye baxdığında, mohkem sesle qışqırdı. Qarşısında bir dünya gözəli vardı. Həqiqətən də möcüzə bir qız idi gördüyü. üzündəki eybecerlik tamamilə itmişdi. Çox kəmərli olan burnu düzəlmiş, çömçə qulaqları normala dönmüş və çöl otlarını xatırladan saçları, dalğa dalğa olmuşdu.
Gənc qız, yanındakı yaşlı həkimə sevinclə qucaqlayaraq:
Sanki yenidən dünyaya gəldim!. dedi. Üzümdə heç bir çirkinlik qalmamış. Estetik əməliyyatı sizmi etdiniz?.
Yaşlı həkim:
Belə bir əməliyyat etmədik qızım!. deyə gülümsədi. Ananın bağışladığı gözləri taxdıq.
Sən, onun gözündən gördün özünü!.
ŞİMDİ OKUDUĞUN
şiir ve hikayye
PoetryGerçekte olan şiirler ve hikâyeler toplusu düşünün aslında ne kadarda güzel olan şiirlerin keşf edilmemiş olması kötü ve bende bu yüzden bu kitapı yazma gereği duydum😊. Umarım bu yolda sizde bana yardım edersiniz😘 oylarınızı ve votelerinizi bekliy...