yoruldum özümlə olan savaşımdan..
yoruldum beynimlə qəlbimin çargışmasından..
Biri susdursa qəlbimin qışqırıqlarını..
ya da söküb alsa beynimi yerindən..
aglımı, düşüncələrimi, fikirlərimi də götürsə bərabərində..
tam səssizlik olsa.. heç kim danışmasa..
ya da Ruhum bədənimdən ayrılsa indi..
yoruldum özümlə olan savaşımdan..
yoruldum içimdəki gəl getlərdən..
nə qala bilirəm oldugum yerdə..
nə də gedə bilirəm sonsuz boşluga..
içimdəki boşlugun içində itirəm bəzən
özümü axtararkən..
bəzən də içimdəki boşlugu itirirəm tapmaq istərkən..
yoruldum özümü taparaq itirməkdən..
özümdə həmişə bir gülümsəmə görürəm güzgüyə baxarkən..
bəs gözlərim??
içimdəki boşlugun tək göstəricisi olan gözlərim..
onlar da gülürlər mi dodagımdakı təbəssümü görərkən??
bəs dodaqlarım??
onlar utanırlarmı gülümsədiklərinə..
gözlərimdəki kədəri, gözlərimdəki boşlugu görərkən..
yoruldum özümlə olan savaşımdan..
yoruldum bir gün bitəcək, susacaq içimdəki səslər deyə
ümid etməkdən....
artıq ümidlərimin də yazıgı gəlir mənə..
ruhuma, beynimə, qəlbimə..
yoruldum özümlə olan savaşımdan..
yoruldum daxilimdəki üsyanlardan..
dilimdəki susqunluqdan..
yoruldum artıq belə yaşamaqdan..
mən artıq çox yoruldum....
ŞİMDİ OKUDUĞUN
şiir ve hikayye
PoetryGerçekte olan şiirler ve hikâyeler toplusu düşünün aslında ne kadarda güzel olan şiirlerin keşf edilmemiş olması kötü ve bende bu yüzden bu kitapı yazma gereği duydum😊. Umarım bu yolda sizde bana yardım edersiniz😘 oylarınızı ve votelerinizi bekliy...