Təzə iş

16 3 0
                                    

Bir gün Tuncayın ağlına bir fikir gəldi.O arvadına dedi:

-Sən yeməyi hazırla mən axşama evdə olaram.

Aysel dedi:

-Sən haraya gedirsən?

Tuncay dedi:

-Mən kənddə ki müdrik qocanın yanına gedirəm

Tuncay yol ilə getdi.O müdrik qocanın yanına getdi və dedi:

-Salam müdrik qoca səndən bir xahişim olacaq.

Müdrik qoca dedi:

-Sənin məndən nə xahişin olacaq?Sən bir de görüm?

Tuncay sevinclə dedi:

-Müdrik qoca sən yəqin ki bir çox dil bilirsən.Sən mənə bir-iki dil öyrədə bilərsən? 

Müdrik qoca cavab verdi:

-Mən sənə dil öyrədərəm.Amma başa düşmürəm ki,sən nə üçün məndən dil öyrənmək istəyirsən?

Tuncay müdrik qocaya dedi:

-Mən dil öyrənmək istəyirəm,çünki elə adamlar varki başqa işlərdən də pul qazanırlar.Mən bügün ağlıma bir fikir gəldi.Tez durub sənin yanına gəldim.Mən tərcümançı olacağam.Yəni məsələn biri başqa dil bilmir aparır bir tərcüməçi.Tərcüməçi onu oxuyur mənasını ona deyir.

Müdrik qoca ona gülümsəyərək dedi:

-Sən niyə bu işə başlamaq istıyirsən ki?Sənin kiçik şirin bir bağın var.Ordan gələnlər sənin özünə qalmır?

Tuncay dedi:

-Düz deyirsən.Nə edə bilərəm ki?Bağımızdan gələnlər onsuz da özümüzə zor çatır.Mən ona görə başqa işlərdə işləyirəm.Bazarda bir kişi var Fikrət kişi.O mənim yaxın dostlarımdan biridir.Həm də mən onun iş yerində qulluqçu işləyirəm.

Müdrik qoca dedi:

-İndi başa düşurəm ki,sən nə üçün dil öyrənmək istəyirsən.Birinci deyən də öz-özümə dedim ki sən bunu nə üçün istəyirsən?

Onlar bir az söhbət etdilər.Sonra Tuncay dedi:

-Müdrik qoca.Sən mənə pulsuz dil öyrədərsən?

Müdrik qoca dedi:

-Mən heç vaxt heç kəsdən pul almaram.Mən pulu neyniyirəmki?Pul mənim nəyimə lazımdır.Əsas da orasındadır kı pul dəyərsiz bir şeydir.Pul insana həyat qazandırmır.Sən özün həyatı qazanırsan.Bunu bil ki,adam heç vaxt acgöz olmaz.İnsan hər şeyi öz əməyiylə qazanmalıdır.

Tuncay bu sözlərdən təsirləndi.O dedi:

-Mən sizə söz verirəm ki həmişə vaxtında yanınızda olacağam.Dediyiviz cümlələri sətir-sətir dinləyəcəyəm.

Müdrik qoca Tuncaya dedi:

-Yaxşı oğul artıq gec oldu.Sən sabah saat 11:00-da gəl.

Tuncay müdrik qocayla sağollaşdı.O evə tərəf yönəldi.Evə gələn də arvadı ona dedi:

-Sən belə haradaydın?Səni şam yeməyinə gözləyirəm.

Tuncay dedi:

-Mən özümə təzə iş tapmışam.

Aysel dedi:

-Sən özünə nə işi tapdın?

Tuncay ona gülümsəyərək dedi:

-Mən müdrik qocanın yanına getmişdim.Ondan bir xahiş istədim.Dedim ki mənə başqa dillər öyrədin mən bununla tərcumançılığa baslayacağam.

Aysel də çox sevindi və sevincək dedi:

-Bəs pulla keçir?

Tuncay dedi:

-Yox o pulsuz keçir.Dedi ki mən nə edirəm pulu?Pul mənə lazım deyil.

Aysel dedi:

-Yaxşı bəsdir danışdın.Əllərini yu gəl yeməy yeyək.

Tuncay gəlib yeməyini yedi.Sonra yatmağa getdilər.Səhər Tuncay tezdən durdu.Lazımlı işlərini görüb yeməy süfrəsinə oturdu.O yeməyini yeyib müdrik qocanın yanına getməyə hazırlaşırdı.O saat 11:30-da evdən çıxdı.O tam vaxtında gəlib çatırdı.O beləliklə bir çox gün müdrik qocanın yanına gedirdi.Artıq Tuncay bir çox dil bilirdi.O bir gün müdrik qocanın yanına gəlib dedi:

-Mən artıq bir çox dil bilirəm.İndi işə başlaya bilərəm.Mən artıq dil öyrənməyə gəlməyəcəyəm.

Müdrik qoca isə cavabında dedi:

-Yaxşı oğul.Bəzən mənim yanımada gələrsən söhbət edərik.

Tuncay müdrik qocayla sağollaşdı.O evə gəldi.Artıq hamı bilirdi ki,Tuncay müdrik qocanın yanına dil öyrənməyə gedir.Ona görə də bəzi adamlar onun yanına getməyi fikirləşirdilər.Bir gün Kamil ondan bir dil tərcümə etməsi üçün onun yanına gəldi.Bir az söz-söhbətdən sonra Kamil dedi:

-Bu mənə atamdan qalmadır.Üstündə ərəbcə yazılar var.Sən onları mənə tərcümə edə bilərsən?

Tuncay dedi:

-Mən sənə bunun mənasını deyəcəyəm.Bunun üstündə yazılıb ki,insan həmişə çalışmalıdır və hər şeyi öz zəhməti ilə qazanmalıdır.Bunu bir ərəb alimi yazıb.

Kamil Tuncaya təşəkkür etdi və onun ilk qazancını verdi

DostluqWhere stories live. Discover now