Bir gün Tuncay səhər tezdən durub,bağa yollandı.O bağa getdi.Bağda o işlədi.O gün o çox yorulmuşdu.Axşam evə gəldi.Evdə sıxıldığından o müdrik qocanın yanına getdi.Müdrik qoca onu məmnuniyyətlə qarşıladı.Qoca Tuncaya dedi:
-Sən nə əcəb gəldin?Gəl bir az söhbət edək.Mən də neçə gündü ki evdə sıxılıram.Gəl səninlə bir az gəzək.Həm də gəzə-gəzə söhbət edərik.
Tuncay dedi:
-Yaxşı.Gəl gedək söhbət edək.Hara gedirik?
Müdrik qoca dedi:
-Birinci kəndin içində bir az,sonra da çıxıb dağda oturarıq.
Tuncay razılaşdı.Onlar evdən çıxdılar.Onlar söhbət edə-edə yolla getməyə başladılar.Müdrik qoca dedi:
-Nə vaxtdır çölə çıxmıram.Hava çox gözəldir.
Tuncay ondan soruşdu:
-Sən niyə çölə çıxmırsan?
Müdrik qoca dedi:
-Evdə nağıllar öyrənirəm və şeir əzbərləyirəm.Mən buna görə də, çölə çıxmıram.
Tuncay müdrik qocanın bu sözlərin təsdiqlədi.Onlar dağa tərəf yollandılar.Onlar kəndin mənzərəsinə baxacaq bir dağın yanında oturdular.Onlar kəndin gözəl mənzərəsini izləyirdilər.Onlar evlərinə gələndə böyük bir evin yandığını gördülər.Tuncay qaça-qaça onların yanına getdi və kömək eləməyə başladı.Sən demə bu evin sahibi Kamil imiş.Tuncay vedrə ilə evə su tökürdü ki,sönsün.Birdən yuxarıdan ağlama səsi gəldi.Sən demə üstdə Kamilin uşağı varmış.Tuncay bir göz qırpımında evə girdi.O dumanların içində uşağı axtarmağa başladı.Müdrik qoca isə onu görmədiyindən narazı idi.Heç kəsin xəbəri yox idi ki Tuncay uşağın dalınca gedib.Bir dən Tuncay uşaqda əlində evdən çıxdı.Hər kəsin gözü bu igidin üzərində idi.Kamil ona dedi:
-Sən mənim oğlumu qurtardın.Mən sənə nə edə bilərəm?
Tuncay dedi:
-Canın sağ olsun qardaş.Mən heç nə istəmirəm.
Kamil dedi:
-Yox qardaş.Dediyim kimi mənə heç nə lazım deyil.Sənin canın sağ olsun o mənə yetər.
Kamil ona təşəkkürlərini bildirdi.Tuncayın üstü qap-qara idi.Tuncay müdrik qocanın yanına gəldi.Onlar yollarına davam etdilər.Müdrikq qoca dedi:
-Sən necə cəsarətlə oraya girdin?Sənə halal olsun.Sən mənim gözümdə bir qat daha ucaldın.
Tuncay dedi:
-Sağolun.Mən nə edə bilərdim ki?O uşaqdır.Ona nəsə olmağı istəmərəm.
Beləliklə müdrik qoca da,Tuncay da evinə getdi.