Ailənin sevinci

15 3 0
                                    


Bir zamanlar iki ailə yaşayırdı.Bunlardan biri varlı,o biri isə kasıb idi.Onların heç birinin övladı yox idi.Onlar Allaha dua eləyirdilər ki,onların övladı olsun.Varlı olanların adları Kamil və Sevda idi.Kasıb olanların adı isə Tuncay və Aysel idi.Bir gün Kamilin övladı oldu.O çox sevindi.O bunun uğruna gecəliyinə  çox böyük bir saray tutdu.O istəyirdi ki, bütün kəndi çağırsın.Amma kənddə kasıblar çox idi.O xeyli fikirləşdiki kasıbları çağırsın yoxsa çağırmasın?O müdrik bir qocanın yanına getdi və sorşdu:

-Ey müdrik,sən bilərsən.Bilirsənki mənim bir oğlum oldu.Mən ona görə böyük bir sarayda ziyafət verirəm.İndi mən dünəndən fikirləşirəm.Mən saraya kasıbları çağırım yoxsa çağırmayım?

Müdrik qoca dedi:

-Yaxşısı sən onları çağır.Sən onlara savab etmiş olarsan.

Kamil o gecə hamını çağırdı.Hər kəs uşaqları olduğu üçün Kamili və Sevdanı təbrik etdilər.O gecə çox əyləncəli bir gecə oldu.Kasıblarla daxil hamı əylənirdi.O gecə uşağa ad belə qoydular.Uşağın adını Kənan qoydular.O gecə hamı yorulmuşdu.Kasıbların hamısı səhər tezdən durub bağlarına getdi.Elə adam var idi bağı böyük,elə adam da var idi ki bağı kiçik idi.Bu bağlardan biri də Tuncayda vardı.O bağına çox yaxşı baxırdı.Yazıq kasıblar qarınlarını çox çətin doyururdular.Gəlirləri çox az idi.Tuncay buna görə də başqa bir işə yiyələnmişdi.O bazar da qoca bir kişiyə qulluqcu olaraq işləyirdi.Bu qocanın adı Fikrət kişi idi.Fikrət kişi hamıyla çox yaxşı münasibət qurardı.

DostluqWhere stories live. Discover now