Qırmızı yellənçəklər

108 16 12
                                    

Havada bənövşəyi yarpaqlar uçuşur. Hansı ağaca və ya dirəyə bərkidildiyi görünməyən qırmızı oturacaqlı yellənçəklər irəli-geri gedir. Hamısı boş, amma onları hansısa qüvvə hərəkətə gətiirir. Mən çaşıb qalmışam. Susuram ki, yəqin bu qəribə hadisəyə mane olmuş olaram. Göy üzü də tam görünmür. Portağalı rəngli buludlar başımın üstünə çox yaxın şəkildə burulurlar. Sanki, indi bütün bənövşəyi yarpaqları, elə bu qırmızı yellənçəkləri də öz mədəsinə sovurub yox edəcək. Ayağımın altındakı heç torpağa da bənzəmir. Qum da deyil. Parıltılı qatı toz topuğumacan dırmaşıb. Amma xəfif küləkdən onlar uçuşmur, jele kimi tozlar. Mavi balıqların sərsəmlədiyi şit zarafatların acı qəhqəhəsi eşidilir. Kimsə qusur, kimisi buna özünü hazır etmir, biri də elə indi buna özünü hazırlayırmış kimi dayanır. Bunların heç birini görürəm, amma o boz rəngə qarışmış portağalı buludlar arxasında bütün bunlar baş verir. Elə indi kimsə gəbərir. Ağzında qara dəniz ilbizinin ayaqları görünür. Deyəsən dəniz ilbizidir, yerində eşələnən adamın başına böyük başlı çəkiclə ard-arda iki dəfə vurulur. Xırıltı kəsilir. Zərbə endirən çəkici sağ əlində tutub əlini havada saxlayır. Çəkicdən aramla damcılayan qanı göz bəbəkləri olmayan murdar sifətli biri yalayır. Kimsə ölüb, kimsə tanrıya şikayət edir deyəsən. Bu kimsələrdən daha biri tanrıya söydü, cavabında yalnız başını qaynar lavanın içinə soxmaqla kifayətləndilər. Tanrının yaltaq icraçıları! Yellənçəklər anidən dayanır. Yarpaqlar da sürətlə yerə yapışmağa başladı. Yellənçəklər qırılır, qəfil yuxudan yeni oyanıb ağlayan körpə səsi gəlir. Mavi balıqlar gülür.

Sərsəm SayıqlamaWhere stories live. Discover now