Xoşbəxtliyin dodaqları

27 12 4
                                    

Marixuana olsaydı, xoşbəxtliyin dodaqlarından bir saatlıq, ya da daha az—bir neçə dəqiqəlik öpərdim. Sevişmək üçün bəhanə də tapıb ən dərin qatlardan Niravanaya qalxardım. Mən bunu edə bilərdim, etmişdim ki, yenə arzusunda idim. İçimə tünd rəngli tüstünü çəkib ciyərlərimi də xoşbəxt edərdim, elə qəribə qoxu verən barmaqlarımı da. Tanıryla rəqabətə girərdik, hansımız daha yüksəklərdən müşahidə edirik deyə savaşardıq, ya da marixuananı mən yaratmışam iddiasıyla onun nəfəsini kəsərdim. Ürəyi partlardı, tanrı ölərdi.

Qara pişik ayaq barmaqlarıma toxunur, onu sobanın içinə atıb əritməmək üçün özümü güclə saxlıyıram. Pələngin ağzını əllərimlə açıb boğazına baxmaq istəyim uşaqlığımı xatırladır. Atam içki şüşəsini başını qoyduğu yastığın altında gizlədib. İndi atam yoxdur, çünki uşaqlığımı da özüylə birgə torpağın içinə soxub gözdən itdi. Nələrsə qopdu məndən, nələrsə məhv oldu. Küçədən əlində çəlik salfet satan qocanı görürəm. Nədənsə onun bu çəliyə ehtiyacı olduğuna inanmıram.

Rahat addımlaya bilir, bəlkə o çəlik sadəcə yanından ötüb-keçən insanların ona yazığı gəlmələri üçün bir simvolikadır? Düşündüm, siqaretim də barmaqlarım arasında tükənib öldü. Onun çəliyə ehtiyacı yoxdur, amma onun çəliyə ehtiyacı vardır. Lənətə gəlmiş tükləri zibil qoxulu pişik! Açıq rəngli şalvarıma sürtünüb onu ləkələdi. Pişikləri sevirdim, amma bu pişiyi tanrı xahiş etsə də sevə bilməzdim, çox murdar görünürdü.

Sərsəm SayıqlamaWhere stories live. Discover now