Tablodan gülüşlər

22 6 3
                                    

Digər otaqlarda paranormal nələrsə baş verir, bunu elə əminliklə hiss edirəm ki... sonra həmin yaşlı kişi harasa yox olur, bunu xatırlamıram. Yarı qırmızı qara qapıya yaxılaşıb onu açıram. İçəri tutqun buld rəngindədir. Divar uzunluğunda olan bəyaz pəncərədən ağ pərdələr asılıb. Pəncərə önündə havada ayaqları yellənən və boynundan asılaraq öldürülmüş bir qızcığaz mənə baxır. Gözləri qar kimi ağdı.

Diksinib geri çəkildiyim anda divardakı qızılı çərçivəli tablodan vahiməli gülüş səsləri gəlir. Qorxum iki qat artır, qulaqlarımın içində ürək döyüntülərimin səsini eşidirəm. Yanaqları çatlamış qara dodaqları olan rahibə qadın mənə baxıb vəhşi kimi dişlərini qıcayır. Onun ağ bəbəkləri bədənimə titrətmə salır. Qaçıb otaqdan çıxmaq istədiyim an otağın qapısı elə bərk çırpılır ki, artıq ölmək üçün inanmadığım tanrıya dua edirəm.

Gözlərimi yumduğumda qorxulu bir sakitçilik oldu. Göz qapaqlarımı ehtiyyatla açdıqda sarı xarabalıqda ayaqyalın dayandığımı görürəm. Dağıntılar içindəki kühnə viski şüşəsi üzərinə qonan qırmızı kəpənəklərə baxıram. Uçmağa hazırlaşırmış kimi qanadlarını yığıb yenidən açırlar. Ellisin qırmızı kəpənəkləri. Mən onları öldürdüm, heç Ellisi də tanımırdım...

Sərsəm SayıqlamaDove le storie prendono vita. Scoprilo ora