Keşişin rahibələri

24 11 6
                                    

Yenə tanrı dilimdən düşmür, sərsəm düşüncələrim qanımı qaraldır, eynən bu pişik kimi. Kiçik ulduzlar kimi başından parıltılı nələrsə tökülən bir xanım görürəm. Ağ rəngli donda çox ecazkar görünür, sonra yoxa çıxır. Qara saqqallı köhnə vikinqli biri ağzını açıb ağır baltasını havaya qaldırır.

Bir cəngavər də ağır qılıncını eybəcər ərəbin qarnına soxur. Ərəb ikiat alır, ərəb bağırmaq istəyir, alınmır. Sonra bütün bu xəyal etdiklərim heç nə olmamış kimi yoxa çevrilir. Yan masadakı təlxəyin biri qəhvəni elə səsli içir ki, iki saat oturduğum yerdə özümdə olmadığımın fərqinə varıram. Eh, cansıxıcı Venera! Səni xatırlamağa bir səbəb tapa bilmirəm. Müşkül axtarışlardan biri niyə indi səni düşündüyümdü.

Daha doğrusu sənin qırmızı corabların haqqında düşünürəm. Sonra sən qarşımda dayanıb hansısa tayfaların vəhşi qanunlarından söhbət açanda səninlə sadəcə sevişməyi düşünürdüm, elə bunu indi də düşünürdüm. Sən də bənövşəyi günahlar kimi harasa cəhənnəm oldun. Gərək Şeytandan xəbər alım səni, soruşum ki, o corabları hansı mağazadan aldığını bilirmi? Növbəti görüşdə səndən öyrənib dəqiq nəsə deyəcəkdi. Amma sən onun da başına oyunlar açdın.

Kofe dənələrinin üzərinə çılpaq uzanıram. Bədənimdən qəhvə iyi gəlir. Kilsə səsi beynimi yorduqda onu səsləndirən şəxsi o ki var söyürəm. Bununla rahatlaşmayıb iki-üç ovuc qəhvə dənələrini səs gələn tərəfə atıram. Dənələr çox uzağa getmir, elə kilsə zənginin cingiltili səsi gələn tərəfdə--qübbədə yatmışdım. Yadıma düşdü ki, bəyaz mələklər məni buraya atıb.

Keşişlə bir az məzələnmək üçün aşağı enməyi düşünürəm. Onun barmağıma dolayıb marixuana təklif edəcəkdim. Birlikdə çəkib bizə seksual hislərimizi oyadan rahibələr haqqında danışacaqdıq. Sonra öyrənəndə ki, indi 32 yaşlı rahibəylə hal-hazırda yatır, düşüb evə getdim.

Sərsəm SayıqlamaWhere stories live. Discover now