1-ci hissə

584 53 171
                                    

Xoş mütaliələr.😊💫

Mediada - Neina

Pəncərədən otağa süzülən işığın getdikcə zəifləməsi yazıların gözündə qarışmasına səbəb olmuşdu ki, nəhayət, saatlarla oturduğu masa arxasından qalxıb otağının işığını yandırdı. Pərdəni çəkib qaralan göy üzünə bir neçə saniyə baxdıqdan sonra yerinə qayıdıb yazmağa davam etdi. Neina üçün bu proses adət halını alsa da, bu gün gündəliyi ilə nisbətən daha çox vaxt keçirmişdi.
Atası Arun zalda televizorun qarşısındakı kreslosunda əyləşmiş, ara-bir gözucu ekrana baxsa da, fikrini qəzetdəki krasvorda yönəltməyə çalışırdı. Əslində isə fikri qızında qalmışdı. Bu vaxt otağa dolan telefon zəngi onu düşüncələrindən yayındırdı. Xanımı Lara mətbəxtdən gələrək telefona cavab verdi:

- Alo, Priya, sənsən? Necəsən, qızım? Yaxşıyıq biz də, hazırlaşırsan? Lap yaxşı, Neinanı istəyirsən yəqin, gözlə çağırıram, - telefonu özündən uzaqlaşdırıb yüksə səslə Neinanı çağırdı.

- Gəlirəm.

Otağından çıxıb telefona yaxınlaşarkən üzündə sual ifadəsiylə anasına baxdı.

- Priyadır, - dedi Lara.

Neina dəstəyi götürüb:

- Necəsən? - dedi.

- Həyəcanlı, bəs sən? Mobil telefonuna niyə cavab vermirsən?

- Eşitməmişəm. Bircə tez gedib gəlsəydik. Uzun yol, yad ölkə. Hamısı məni qorxudur. Hələ dərsləri demirəm.

- Mən də qorxuram, Neina, - dedi Priya Neinaya tək olmadığını hiss etdirmək üçün, - Amma eyni fakültə, eyni qrupdayıq. Bundan daha yaxşı nə ola bilər?

- Ən azından buna sevinə bilərəm.

- Hə, bir də tez yat, sabah tez durmalıyıq, təyyarəni qaçırmayaq.

- Bax bu olmadı, - deyə Neina şikayətləndi, - niyə bileti başqa saata almadıq ki?

- Bircə bu vaxta qalmışdı, amma narahat olma, istəsən, pilotla da danışaram, sənin yuxudan durmağını gözləyərik, - kinayəli bir tonla deyərək güldü.

- Əl çək, - yorğun bir şəkildə cavablayarkən səs tonundan gülməyi də aydın hiss olunmuşdu.

- Yaxşı, getdim, görüşərik.

- Hələlik, - deyib dəstəyi qoyandan sonra koridordan ailəsi olan otağa keçdi.

Onlar üçün çox darıxacağını indidən hiss edirdi. Bəzən nə qədər tək qalmağa ehtiyac duyan, özünə qapanan bir qız olsa da, ailəsi onun əvəzedilməzi idi. Qanbağı olmasa da rəfiqəsi Priyanı da onlar qədər çox istəyirdi. Uşaqlıqdan bir yerdə böyümüşdülər. Və Priyanın yanında olması ona az da olsa təsəlli verirdi.

Anasının səsi onu uzaq düşüncələrdən ayırdı:

- Niyə bikefsən?

- Bilmirəm, - dedi içini çəkərək, - deyəsən indidən sizin üçün darıxıram.

Arun qəzeti bir qırağa qoyaraq qızının yanına gəlib saçını oxşadı və sanki onun necə böyüdüyünə baxaraq bir neçə saniyə sonra bağrına basdı.

Böyük Şəhərdə Kiçik TəsadüfHikayelerin yaşadığı yer. Şimdi keşfedin