Mən indi beləyəm, ilin hər günü,
Qaranlıq adamı, gecə adamı,
Mən indi biraz da içki düşkünü,
Mən indi biraz da küçə adamı.Kaş sənə hər şeyi danışa bilsəm,
Mənə məskən olub soyuq səkilər
Mən indi səninlə üz-üzə gəlsəm,
Gözümdən gözünə yuxu tökülər...Bilsəm ki, sonunda lap ölüm də var,
Dərdə də düşmərəm sonuma çıxsan.
Hələ bir yalandan təsəllim də var,
Mənim bu günümdə yaxşı ki, yoxsan...Xəzər Süleymanlı...