Bilirəm gələn deyilsən,
Gözləyirəm yenə səni,
Özgənin olsan da ,-tanrı
Çox görməsin mənə səni.Küsmərəm, gəldin-gəlmədin,
Sən getdin , mən ki ölmədim,
Heyif, gətirə bilmədim
"Sevgi" adlı dinə səni.Yollarına sərilim kaş,
Divarına hörülüb kaş,
Yüz yol ölüm-dirilim kaş,
Sevim dönə -dönə səni..#Ramiz Rövşən