Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,
Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,
Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.
Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri,
Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,
Toyda olur yəqin onun qanına əlləri xizab.
Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab,
Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün.Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam,
Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.
Qardaşının uzun qolu görmə rəva ola qələm,
Bacıları ayaqyalın, dəşti-bəlayə gəlməsün.Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,
İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,
Qüslü hənut olmadı, oldu qənarədə qətil,
İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.Badi-xəzan əsər sənin qönçəsifət əyalına,
Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoşməqalına.
Cam təsəddüq eylədim Əkbərimə, cəmalına,
Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün.Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,
Ərzimi birbəbir elə, Ali-əbayə şəhri-hal.
İki açılmış gülüm Kufədə zari-dilməlal,
Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.Həsrətəm ol cəmalına, ah çəkim bu sinədən,
Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,
Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,
Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün.Söylə onun anasına başını qarə bağlasın,
İki baladən ayrılıb, kövni-məkanı dağlasın,
Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,
Bəlkə yetimliyin tozu mahi-liqayə gəlməsün.Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,
Bir-birə dəydi mərdü zən, şurə gəlibdü xasüam.
Növhə edər bu Natəvan, ruzü şəb ağlayar müdam,
Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.(Müəllif Xurşudbanu Natavan)Can ağam😢😢😢