Gözəl bir payız günlərindən biri idi.Asta külək əsirdi və yarpaqlar sanki ətrafımda rəqs edirdi.Göyün üzünü qara buludlar almışdı.Yağış yağacağı bəlli idi.Mən isə sakit və yavaş addımlarla ilərliyirdim.Əslində payız fəslini çox sevirəm.O yarpaqların düşüşü, yağışın narın-narın yağması,sərin hava və s. bunların hamısını çox sevirəm.Və bunlarda sadəcə bir fəsildə toplanıb.Payız...
Kimisi üçün ayrılıq fəsli ola bilər ama mənim üçün hüzurun və xoşbəxtliyin gizləndiyi bir fəsildi.Gəzdiyim küçədə məndən başqa heç kim yox idi və səssiz idi.Bu səssizliyi isə bir telefon zəngi pozdu.Telefonumu çantadan çıxardım və zəng edənin anam olduğunu gördüm."Hə ana?"
"Qızım harda qalmısan gəlmirsən?"
"Gəlirəm ana, 10-15 dəyqəyə evdə olaram"
"Hə yaxşı qızım, tələs yagış yağar ıslanarsan"
"Yaxşı ana sağol"
Telefonu söndürüb yenidən çantama atdım.Yəqin bacım evdə yoxdur, söhbət etməyə adam tapmır.Və gülümsəməyə başladım.Addımlarımı sürətləndirirdim ki, qarşımda bir nəfəri görməyimlə dayandım.
Və üzümdəki o gülümsəmə pozuldu.Nifrət dolu baxışlarımla qarşımdakı adama baxırdım.Düz 1 il idi ki, onu görmürdüm. Əvvəl tanıdığım Ayxan deyildi,çox dəyişmişdi. Düzünə qalsa elə mən onu heç tanımamışdım ki.Görmək də istəmirdim.Amma qəlbim əksini deyirdi.Yanından keçip gedirdim ki,"Cahan bircə dəfə qulaq asmadın mənə, bircə dəfə.... Nə olar indi qulaq as icazə ver başa salım"
Bir neçə ay əvvəl
"Aysu tez olda sənə görə gecikirik dərsə,universitetdən qovacaqlar bizi tez ol"
"Gəlirəmdə Banu, nəfəsim kəsildi qaçmaqdan"
Banu kim deyə soruşsanız,Banu mənim ən yaxın rəfiqəmdi.Onunla uşaqlıqdan dostuq.Eyni məktəbdə oxuduq və indi də eyni universitetdə oxuyuruq.Onu özümə bacı bilirəm. Və sonunda nəhayət ki universitetə çatdıq.Universitetə girəndə ayrıldıq,çünki dərslərimiz ayrı ayrı idi.Yanımdan sürətlə bir oğlan keçdi və pul qabısı yerə düşdü.Pul qabını götürdüm və ona səsləndim.
"Bağışlayın"
Oğlan mənə tərəf döndü.Kaş dönməsəydi.Bu oğlan həyatımda gördüyüm ən yaraşıqlı oğlan idi deyə bilərəm. Gözləri,gözləri çox qəşəng idi..
Ayxan
Bir qizin mənə səslənməsiylə ona tərəf döndüm.Kaş dönməsəydim.Çünkü bu qız həyatımda gördüyüm ən gözəl qız idi.
"Bəli?"
"Bu pul qabı sizindi?
"Mənimdi"
dedim və pul qabını götürdüm.
"Çox sağol".
"Dəyməz".
Deyərək adını bilmədiyim amma gözləri çox gözəl olan qız yanımdan keçib getdi. Çox çəkmədən özümə gəldim və dərsə gecikməmək üçün tələsdim .Dərsə girdim və dərs həmişəki kimi sıxıcı idi.Zəng vuruldu və dostlarım Murad və Orxanla birgə həyətə düşdük.O qizi görmək ümidi ilə ətrafa baxırdım.Nədənsə ağlımdan çıxmırdı.Gözləri beynimə qazınmışdı."Nolub Ayxan? kimi axtarırsan belə? Sevgilin olar birdən,bizə demezsən?"
Orxan:
"Nə sevgili? O sabah birisigün Laləynən nişanlanacaq"
Orxan bu sözü dedikdə sanki qan beynimə sıçradı.
"Nə ağlına gələni danışırsan sən? Nə nişanlanmaq? Sizə dedimki o qızın adını çəkmiyin! Sadəcə ailələrimiz belə istiyir, elə bir şey də olmayacaq"
Dedim və yanlarınday ayrıldım.Çünki bu məsələ mənim çox canımı sıxırdı. Bu məsələ haqqında söhbət açılanda kar olmağı arzuluyurdum. Muradı arxamca səslənirdi."Ayxan, həmişə ki Orxandıda.Boşboğazın biridi. Ayxan!"
....
Dərs bitmişdi və Banu ilə birgə evə qayıdırdıq. Ağlımda hələ də o oğlanın baxışları var idi. Bu yaşıma qədər heç kəs diqqətimi çəkməmişdi. Amma o gözləri unuda bilmirdim və qəribə idiki unutmaq istəmirdim. Banunun məni silkələməsiylə düşüncələrimdən ayrıldım."Nolub Cahan, dərsdən çıxandan bəri heçnə danışmırsan.Başqa vaxt səni susdura bilmirəm"
Gülümsədim.
"Bugünün dərslər çox sıxıcı idi. Mühazirələri dinləməkdən başım ağrıyır.Danışmağa halım yoxdu Banu".
Banu mənə qəribə baxış atdı."Yaxşı elə deyirsən, elə olsun."
| 1.Bölüm | sonu
Fikirlərinizi bildirməyi unutmayın