Part 1

404 20 0
                                    

Uşaqlıqdan anamın tək xəyalı vardı,universitetə girib onun xəyalını gerçəkləşdirmək və mən də söz vermişdim bunu ona...anam da mənə mənim yanımda olub mənə dəstək olacağını və əsla öz xəstəliyi ilə mübarizədə uduzmayacağını demişdi. Mən hələ məktəbdə oxuyarkən anam mənə; "Sənin mənə söz verməyin tamamən səndən aslıdır amma mənim sənə söz verməyim məndən yox,ondan aslıdır amma mən əlimdən gələni qədər mübarizə aparam Jes"-demişdir.
Xərçəng xəstəliyindən 3 il idi əziyyət çəkirdi və universitetim imtahanıma 3 ay qalmış bu mübarizəni uda bilmədiyi üçün yanımda olub,dəstək ola bilməmişdi mənə...yaxşı ki o mənə "mənim sənə söz verməyim məndən yox,ondan aslıdır" ifadəsini işlətmişdi yoxsa məndə onun arzusunu gerçəkləşdirməyəcəkdim...Təbii ki çox ağır idi-ən sevdiyin,daima yanında olan insanı ən önəmli imtahanına 3 ay qalmış itirəsən amma anama söz verməyim məni əsla həvəsdən salmamışdı universitet xəyalıma...imtahan günü imtahana getməmişdən əvvəl anamın məzarına gedərək "xəyalını gerçəkləşdirməyə gedirəm,ana"-demişdim,bəli onun xəyalını gerçəkləşdirə bildim hətta xarici ölkədəki universitetdən də təklif aldım...çox düşündüm bu ölkədən,bu evdən getmək,başqa yerdə,tanımadığın insanlar arasında olmaq məni "ana hicranından" uzaq tuta bilər-təklifi qəbul edərək Marselə getdim...orda universitetin nümayəndələri məni qarşılayaraq universitetə ən yaxın evi tutmamı önərmişdirlər və məndə 1 illik müqavilə bağlayaraq o evi götürdüm. Ev çox geniş idi amma ab-havası adamı sıxırdı...əşyalarımı balaca otağa qoyaraq duşa girdim,sonra evə göz gəzdirəcəkdim. Duşa girib,çıxandan sonra qonaq otağında televizor öz-özünə yanıb kanalları çevirməyə başladı-nə olub-bitəni öyrənmək üçün yavaşca qonaq otağına getdim ki....qarşımda divanda oturub və vecsiz şəkildə kanalı dəyişərək televizora baxan bir qız gördüm,elə əsl məcarada buradan başlayır...

GörünməzWhere stories live. Discover now