Qız evdən çıxandan sonra qonaq otağına keçərək;
-Niyə belə şey elədin?
+Bura sənin...
Sözü ağzında qoyaraq;
-Bura sənin evin deyil! Mənim evimdi hər hansı bir gözə görünməz varlığın yox! +Ona görə bura qız ata bilərsən?!
-Bunun sənə heç bir dəxlisi yoxdur! Cəhənnəm ol evimdən və həyatımdan!
Gülərək;
+Məndə elə bunu istəyirəm,sizin kimi iyrənc varlıqlar arasında yaşamaqdan bezdim!
-Yalnışın var,sən yaşamırsan,gözə görünməzsən və bu dünyada yerin yoxdur! Mən yatmağa gedirəm,səhər burda olmamağın arzusu ilə!
...
Yataq otağa keçdikdən və başımı balışa qoyduqdan sonra içimdə narahatlıq və cavabsız suallar var idi,görəsən çox kobud davrandım? Haqsız o idi əslində amma əlində edəcək bir şey yox idi...bu narahatlığa dözməyərək qonaq otağına keçərək;
-Hey,burdasan? Görünməz qız?
Səs gəlmirdi,səhər gələr deyə düşünüb yatmağa getdim amma səhərə qədər onu gözlədim bəlkə səs flan gələr amma yox...səhər saat 07:00 oldu. Ayağa duraraq duş alıb paltarımı geyinib dərsə getdim...dərsin başlamasından 5 dəqiqə sonra otağa müdür girib;
-Hamı 10 dəqiqədən sonra böyük zala gəlsin!
Hamı müəllimə baxıb nə olduğunu soruşanda müəllim göz yaşını saxlaya bilməyib;
-Suallar verməyin,hamı hazırlaşsın düşürük aşağı
Hamı dərsin olmamasına sevindiyi halda mənim içimdə yenə də narahatlıq var idi..zala getdikdə insanların çoxu ağlayırdı və çoxlu güllər düzülmüşdü yerə,hamı yerində oturduqdan sonra müdür başa keçib səsi qırıla-qırıla;
-9 ay öncə universitetimizin ən savadlı,ən gözəl və hamı tərəfindən hörmət qoyulan tələbəmiz Kate Anderson maşın qəzasından sonra komaya düşmüşdür. Çox üzülərək deyirəm ki dünən gecə saatlarında həyatı dəyişən Kate Andersonun bu gün dəfn günüdür,biz universitet olaraq bu gün onun yanında olmaq istəyirik,gəlmək istəyən hamı 20 dəqiqədən sonra universitetin həyətində olsun.
Ətrafıma baxırdım insanların çoxu dərsin olmaması üçün sevinib gülür yarsı da ağlamaqdan rəngləri solmuşdur,tək insan mən idim ki nə hiss etdiyimi bilmirdim. 20 dəqiqədən sonra universitetin həyətinə getdim,çox az adam var idi,300 nəfərdən 20-30-u gəlmişdi həyətə,hamısı da qızın yaxınları və bir-birilərini tanıyırdılar deyə bir qız mənə yaxınlaşıb;
-Siz? Kate'in nəyisiz?
+Heçnəyi sadəcə gəlmək istəyirəm
Ağlayaraq məni qucaqlayıb;
-Çox sağol həqiqətən gəldiyin üçün...
Dəfn yerinə əslində səbəbsiz getmişdim amma sanki məni ora çəkən bir şey var idi və içimdə bir hiss Kate'in o qız olduğunu deyirdi...