Təəccüblə avtobusdan düşərək sağa baxıb;
-Demək məndən başqa heç kim səni görmür?
+Ehmm,yox
-Bəs niyəmən görürəm səni?
+Çünki mənim evimdə yaşayırsan
-Bəs onda sənin evini niyə mənə verdilər?
+Çünki o evdə heç kəs yaşamır
-Başa düşə bilmirəm sən o evdə yaşayırsan amma o evdə heç kim yaşamadığına görə evi mənə verdilər?
+Aha...hər şeyi düz başa düşmüsən əslində
Yolun ortasında qışqıraraq;"Uzaq dur məndən! Sən xəstəsən,psixoloji problemlərin var!"-deyib qaçaraq universitet tərəfə getdim.
İlk dərsə girəndə qrup yoldaşlarıma salam verərək ən axrıncı partada oturdum. Hamı tanışlıq üçün bir-biri ilə danışırdı-çox səmimi və xoş idilər. Elə bu an bir qız mənə yaxınlaşıb;
-Sən o avtobusda mənə qəribə sual verən oğlan deyilsən?
Gülərək;
+Hə,hə oyam
-Yanında oturmaq olar?
Sumkamı götürərək;
+Təbii ki,buyur
-Bəs niyə elə sual verdin ki?
Nə deyəcəyimi bilmədim,həqiqətləri də deyə bilməzdim çünki inanmazdı,ona görə də..
+Səndən xoşum gəldi və səninlə danışmaq istədim
Qız gülərək;
-Qəribə sual verərək?
+Hə,qəribə sual verərək
-Bu gün dərsdən sonra boşsan?
+Əslində planım yoxdu
-Gözəl,o zaman bir yer var ora gedərik
Gülümsəyərək;
+Oldu,gedərik
...
Dərs bitəndən sonra sinifdəki qızla hündür yerə çıxıb mənzərə izləməyə getdik,cibindən siqaret çıxararaq;
-Çəkirsən?
+Yox,yox çəkən deyiləm
Gülümsəyərək siqareti yandırıb;
-Demək sənin xoşuna gəldim,ehmm...ən çox nəyim?
Özümü sudan çıxarmaq üçün;
+Dodaqlarını və saçlarını çox sevdim
-Adətən oğlanlar qızların sinə və arxalarını sevər (gülərək) sən nə əcəb?
Gülümsəyib heç nə demədim sadəcə vaxtın bitməsini və evə getməyimizi gözlədim və bu an;
+Sevişək?
-Necə?
+Sevişmək istəyirsən mənimlə?
-Elə burda?
+Yox axmaq (gülərək) evdə tək yaşamırsan?
-Əslində yox...ya da hə tək yaşayıram
+Gedək sizə onda
Zaman tez axırdı,nə edib,eləməməyi qərar verməyə vaxtım olmurdu sanki...evə çatanda qapını açıb;
-Hamam hansı tərəfdədi?
+Düz get soldadır
Qapını bağlayıb arxaya çönəndə həmin qızı gördüm,sifətimə baxaraq;
-Rədd elə evimdən bu qızı
+Sənə nə?!
Üstümə qışqıraraq;
-Ya evdən çıxar ya da mən onun başına oyun açacam!
Qıza bir şey olar deyə ona yaxınlaşıb;
+Başqa vaxt olsa olar?
-Niyə noldu ki?
+Bu gün çox yorğunam,yatacam
-Hə,okay problem deyil
+Ötürüm səni?
-Yox,taksi ilə gedərəm çox sağol
...
Əslində elədiyimin səhv olduğunu fərqinə vardım. Evdə bir qadın ola-ola sevişmək üçün başqa qadını gətirmək çox alçaqca hərəkət idi..