Part 2

179 10 0
                                    

Yavaşca ona tərəf yaxınlaşaraq;
-Siz kimsiz?
Qız sanki məni eşitməməzlikdən gələrək kanalları dəyişməyə davam edirdi
-Sizinləyəm. Kimsiz?! Nə işiniz var evimdə?
Gülərək;
+Öncə paltarını geyin,səni belə gördükcə ürəyim bulanır
Duşdan çıxarkən həyəcandan heç nə geyinməyib kolidora getmişdim...paltar geyinərək yenidən qayıdıb;
-Burası mənim evimdir istədiyim kimi geyinə ya da çılpaq gəzə bilərəm
+Sənin evindirsə de görüm evin ölüçüsü nə qədərdir?
Susub qalaraq təəccüblə qıza baxdım
-130 kvadrat metr bəs...neçə pəncərəsi var?
Ətrafıma baxıb pəncərələri saymaq istəyirdim ki..
-12 pəncərəsi var,yenə sual verim ay bu evin sahibi?
+Nə?
-Axmaq bu mənim evimdi
+Necə yəni sənin evindi? Bəs mənə niyə bu evi verdilər?
-Çünki bilmirlər burda yaşadığımı
+Nə axmaq-axmaq danışırsan?
-Hər şeyi yenidən sənə başa salana kimi,sən bunu dərk edənə kimi və s....ürəyim sıxılar. Nəysə yat dincəl...
Qız bunları deyərək mənim yatacağım otağa keçdi,bunun arxasıyca otağa girər-girməz;"Bura bax,bilmirəm sən kimsən..." deyirdim ki,otaqda keç kim olmadığını gördüm,düşündüm ki bunların hamısı psixolojik olaraq gözümə görsənir...
...
Səhəri günü saat 7-də durub ilk dərs günümə hazırlaşırdım,paltarımı geyinərək mətbəxə yaxınlaşanda yenə o qızın səsi gəldi;"Ehtiyyatlı ol mətbəxin qapısı xarabdı ha"-dedi.Qızın harda olduğunu bilmədiyim üçün səs tonumu qaldıraraq; "Dünən hara yoxa çıxdın sən?"-deyə qışqırdım amma səs gəlmədi...bunların hamısı gözümə görsənir deyərək evdən çıxıb universitetə getdim...Avtobusa minib axırda oturub mahnıya qulaq asırdım ki qoluma kiminsə toxunduğunu hiss elədim,sağıma baxdım ki həmin qız;
-Sən necə,hardan,nə istəyirsən məndən?
Gülərək;
+Ən maraqlısı bilirsən nədi?
Başımla "nə" hərəkətini etdikdə;
+Qabaqdakı qızı görürsən? Ondan soruş gör sənin sağındakı insanı görür?
Təəccüblə buna baxaraq qabaqdakı qızı çağırdım;
-Hey,bura baxa bilərsən?
Qız arxaya çevrilib;
+Mənimləsiz?
-Aha sizinlə. Sizə qəribə sual verəcəm sadəcə hə,yox deyin. Yanımda qız oturub,onugörürsüz?
Qız gülərək;
+Yox görmürəm
Yavaş-yavaş sağıma baxaraq;
-Görmədi səni. Kimsən sən?
+Görünməz deyə bilərsən mənə Jes Sten.

GörünməzWhere stories live. Discover now