Sonun Başlanğıcı - Bölüm 1

407 33 6
                                    

 
          ( Bu bölüm, dəyərli müəllimimiz Zabit Kərimovun əziz xatirəsinə ithaf olunur... )

Divara dəyərək, parçalara ayrılan şüşə bardaqların ardından, hönkürtü ilə ağlamağa başlamışdı. Karantin altında keçən 40 gün ərzində Emma'nın ən yaxın dostuna çevrilən Levi, ona yaxınlaşaraq bir qədər aşağı əyildi və səmimi bir şəkildə dostunu qucaqladı:

- Hər şey yaxşı olacaq, Emma. Biz burdan çıxacağıq. - deyərək, əllərini, Emmanın titrək əlləri üzərinə sabitlədi. Emma isə bir qədər ətrafa baxdıqdan sonra udğunaraq dedi:

- 1 aydan çox müddətdir ki, bu xarabada məhbus kimi tıxanıb qalmışıq. Dünəndən bəri içməyə suyumuz bitib. Yeməklər bitmək üzrədir. Belə getsə bir-birimizi yeyəcəyik. Zibilə qalmış bu xarabada nə olub-bitdiyindən belə xəbərimiz yoxdur, Levi ! - deyib, əllərini Levinin əllərindən ayırdı. Ayağa qalxıb, göz yaşlarını sildi və dərindən ah çəkərək:

- Tək qalmaq istəyirəm Levi, çıx get burdan !

Son 27 gün ərzində olub-bitənlər, Levini çarəsizcə, səssiz bir şəkildə Emmanın otağını tərk etməyə vadar etmişdi. Bunker 20 nəfərlik kiçik otaqlardan, ərzaq deposundan və ümumi zaldan ibarət idi. Levi, çarəsiz bir şəkildə, dar dəhlizlə ümumi zala irəliləyirdi. Elə bu vaxt, karantinə alınmamışdan daha əvvəl tanıdığı, dostu Martinin otağından inilti səsləri gəlməyə başlamışdı. Martinin hər kəsi vahiməyə salan bu səsləri, ümumi zalda olan hər kəsin, onun otağına tez bir şəkildə yaxınlaşmasına səbəb olmuşdu. Levi, dostu Martinin sifətini ovucuna alıb, ucadan bağırmağa başladı:

- Oyan, Martin ! Oyan ! Yuxu görürsən Martin, oyan o zibilə qalmış yuxudan !

Kənar müdaxilələrə baxmayaraq, Martinin soyuq bədəni titrəməyə davam edirdi. Levi, dostunun, gözlərinə dağılmış qara saçlarını əliylə kənara çəkib, iki əlini də bərkidərək, Martinin sinəsinə vurdu. Karantin səbəbindən, bunkerdə tələbələrlə birgə ilişib qalan müəllimləri, Levini, bunu etməməsi üçün kənarlaşdırmağa çalışsa da, Levi, Martinin sinəsinə bərkitdiyi yumruğunu ona vurmağa davam edirdi. Sonuncu zərbədən sonra təngənəfəs halda oyanan Martin, titrəyərək ətrafına baxırdı. Levi dərhal Martini qucaqlayıb, bərk-bərk sıxmağa başladı. Martin sadəcə heyrətlə ətrafına baxırdı. "Şükürlər olsun Tanrıya, o özünə gəldi" , "Sən yaxşısan Martin ? " "Nə olub sənə belə ? " hər kəs bir ağızdan nəsə deməyə çalışırdı. Səs-küyü pozan elə Martin özü oldu:

- O yenə gəlmişdi.

- Kim gəlmişdi ? - otaqda olanlardan, Sofia adlı bir qız soruşdu

Martin udğunaraq, sadəcə önündəki divarı tamaşa edirdi. Qorxudan əlləri titrəmiş, alnından soyuq tər axmağa başlamışdı. Levi, ilk öncə Sofia'ya, sonra ətrafındakı hər kəsə, daha sonra isə Martinə baxaraq, sualı təkrar etdi:

- Kim gəlmişdi Martin ?

Martin, qorxu dolu gözlərini Leviyə yönəltdi:

- Jamel...

" Jamel ? " Otaqda hər kəs ya özü-özünə, ya da bir-birlərinə baxaraq bu sözü dəfələrlə təkrar etdilər.

- O ikinci dəfədir ki, bu adı çəkir - deyə, Levi ətrafındakıları sakitləşdirməyə çalışdı. Qrupa Psixologiyanı tədris edən professor Ronald Vann, Martinə tərəf yaxınlaşdı:

- Oğlum, hər şey öz qaydasındadır. Bu sadəcə kabusdur. Sənin 22 yaşın var. Düzdü hə ? - Sualını doğrulaması üçün Leviyə tərəf baxdı

Sonun BaşlanğıcıHikayelerin yaşadığı yer. Şimdi keşfedin