Azgın

32 4 18
                                    

Qaranlıq otaqda kreslonun cırıltısı duyuldu.Ardınca kimsə ayaqlarını yerdən üzüb masanın üstündə bir-birinin üstünə qoydu.Kiçik hərəkətlər eşidildi.Ardınca da çaxmağın qapağının açıldığı duyuldu.Əlbəttə çox keçmədən çarxmaqdan alov yandı.

Qaranlıq otaqda çaxmağı papirosu yandırmaq üçün yaxınlaşdırdıqca şəxsin üzü aydın hiss olunurdu.30-lu yaşlarda bir cavan oğlan idi.Gözləri və qaşları qapqara idi.Saqqalı qısa,ancaq bığı olduğu hiss olunurdu.Gözlərindən əzazillik yağırdı.Papirosu yandırıb ağız boşluğundakı hava bitənə qədər tütün tüstüsünü ciyərlərinə dartdı.

Popirosu tutduğu əlini yarınbükülü alının tininə qoyub fikrə daldı.Yavaş-yavaş da ciyərlərinə çəkdiyi tüstünü burnundan çıxardı.Beynini bulandıran məqamlar var idi:

"Mənim adım Azğındır.Niyə mi bu ad? Çünki mən qatiləm.Peşəkar bir qatil.Həm də acımasız.Yalvarışlar,gözyaşları məni yolumdan döndərə bilmir.Ya da mərd durub ölümün gözünə dikbaxanlar da məni maraqlandırmır.Çünki, mən öz işimi edirəm.Və bunu dəqiqliklə və sonacan etməliyəm.Mənim ruhum kirlənib.Təmizlənməyəcək qədər.İnsanlara nifrət edirəm.Mən hələ 6 yaşımda olanda atamı öldürdülər.Amma mən sağ qaldım.Çünki atam ölməmişdən bir neçə dəqiqə əvvəl məni paltarlar dolabında gizlətdi.Mən ordan atamı necə döyə döyə öldürdüklərini gördüm.Qorxudan səsimi çıxara bilmədim heç.Bilirsiz niyə öldürdülər?Bir neçə yüz manat borca görə.Anam xəstə idi.Müalicəsi üçün almışdı.Amma anam öldü.Elə atam da.Buna görə mən insanları sevmirəm.Bir Azğın kimi hərkəsi öldürürəm...."

Bu vaxt telefona zəng gəlir:

-Bəli Baron.Eşidirəm.-telefonda səslər gəlir-Başa düşdüm.Həmən həll edirəm.

Tez qalxıb Papirosu külqabında söndürür.Silahını hazırlayıb belinə taxır.Qapıya tərəf səslənir:

-Tülkügöz!

Qapı açılıb biri girir içəri:

-Bəli,rəis.

-Maşını hazırla.Barondan tapşırıq var.

-Başüstə rəis.

Tülkügöz 22 yaşında dəliqanlı bir oğlandır.Bu ləqəbin səbəbi çox ustaca gizlənib dəyərli məlumatlar toplayar.Telləri biraz uzundur və arabir gözünün üstünə dağılar.İkisi də maşında getməkdədir.Tülkügöz sakitlikdən bezir:

-Rəis,bir söz soruşacam,amma qorxuram.

Azğın xəfifcə gülümsər:

-Soruş.Yoxsa beynini qurcalayacaq.Tapşırıq baş tutmayacaq.

-Rəis,əsəbləşmə amma mənə həmişə maraqlı olub Azğın adını necə almısan.Düzünü desəm bir hekayə eşitmişəm ki,guya sən bir tapşırıq yerinə yetirində iki ağsaçlı qadın yalvarıb sonra da özlərini "qurbanların" önünə atıblar ki,onları qurtarsın.Amma sən aldırmadan hamısını vurmusan.Bu soyuqqanlı davranışına görə sənə azğın deyiblər.

Azğın bir az gülümsəyir:

-Tülkügöz,bunlar sadəcə rəvayətlərdir.Biz ağsaçlı qadınlar önündə qurbanlardan hesab çəkmərik ki,belə hal da yaşana.Biz qurbanları təklikdə,qohumlarından uzaq yerdə yaxalarıq.Mən 18 yaşında bir oğlanın qoca qadından soyğunçuluq etdiyini gördüm.Ardınca düşüb tutdum.O,güclü biri ilə üz üzə olduğunu dərk etdi və yalvardı.Ağladı.Amma mən onu bağışlamadım.O vaxt mənim 20 yaşım var idi.Məhəlləarası qruplaşmalarda idim.Baron bu hərəkətimi eşidib öz yanına aldı.Azyaşlı bir qurbanı acımadan öldürdüyüm üçün Azğın adını verdi.

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Apr 18, 2020 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

180 Dərəcə Bucaq Altında Ruh və VicdanDonde viven las historias. Descúbrelo ahora