•22•

35 7 10
                                    


Yar demişəm, sənə mən yar demişəm
İçində gecəni gizlədən bir adam var demişəm,
Sən gedəndən bəri tullamışam şeirlərimi
Bəxtiyar demişəm, Şəhriyar demişəm.

Nə günah eylədim ki, Tanrı cəza verdi mənə?
Sənə ahuzar içində bir ahuzar demişəm.
Qəlbimdə saray qurmusan, daşları atəşdən,
Mən əzəldən bilirəm, "sənsən o memar" demişəm.

Gözümdən axan yaşın ölçüsü az, dərdi böyük,
"O boyda günəşi dondurur bir ovuc qar" demişəm.
Yar çəkən dağlara sinəm o qədər öyrəşib ki,
"Mən susub qalsam həmin dağlar ağlayar" demişəm.

Kəsilir son nəfəsim, gözlərim imdad bağırır,
Mən ki cəllada baxıb "gəl, məni qurtar" demişəm.
Çəkdiyim həsrət əgər səmalarda bulud olsa,
Bu dünya uzun illər günəşi axtarar demişəm.

Mənə 3 dəqiqə bəsdir bu dünyanı ifşa edim,
Bu dünya fani, biz də faniyik oxşar demişəm,
Əgər ki "dünya çox gözəldi" desəm nə vaxtsa, bil
Ki, gözüm kordu, dilim laldı, qulaq kar demişəm.

Cəhənnəm atəşi ən qaynar əzabdır dedilər,
Yarımın həsrəti onsuz da yandırar demişəm.
Onlar "sevgi yalandır" deyəndə susdurdum
"Bizlərə eşqi satanlardır saxtakar" demişəm.

Nə qədər tüstü dolar ciyərlərimə bilmirəm ki
"Nə zaman öldürəcək məni bu zəhrimar?" Demişəm.
Gecələr səmaya üz tutub bağırdım ismini,
Bəlkə ulduzlar alıb yarə çatdırar demişəm

Yanında yarın varsa dünya dönüb cənnət olur,
Yara həsrətsən əgər, dünya tarimar demişəm.
Elə yazmış ki, yazanlar ora dünya sığmaz,
Bəxtiyar demişəm, Şəhriyar demişəm.

~Məhəmmədhüseyn Şəhriyar "Yar qasidi"

Satırlara sığan dünya'Hikayelerin yaşadığı yer. Şimdi keşfedin