•29•

29 5 2
                                    

Salam, bulud. Bu şəhəri sevə bilmədim mən. Mən buradakılar kimi sevgi yaşaya bilmərəm. Oturub bütün günü "filan blogger belə elədi", "filan mall'da endirim var" söhbətləri edə bilmərəm mən. Bu şəhərin qanında var insanları sıradanlaşdırmaq. Məsəl üçün, mən sevdiyimlə uzun bir yola çıxmalıyam. O yolda gülüb, söhbətləşməliyəm. Pəncərədən bir-birimizə maraqlı şeylər göstərməliyik. Sonra yol qırağında kafedə oturub, çay içib, yolumuza davam etməliyik.  Hansısa port mərkəzində adını bilmədiyimiz içkini içib, özümüzü səviyyəli göstərə bilmərik biz. Böyük bir şeymiş kimi şəklini çəkib paylaşa da bilmərik. Amma qarpız tarlasına girib, gizlindən qarpız oğurlaya bilərik. Məncə, bu yaxşıdır, nəinki o zövqümüzü korlayan elit cütlüklərin gic-gic fotossesiyalarından. Bu arada, toy günü o cütlükləri satacaqlar. Həm də yaxşı qiymətə. Bir ailə oğlunu qoyacaq ortaya, bir ailə qızını. Və gəlsin pullar. Ortada sevgi yox, istək yox. Sadəcə pul var. Bir də 2 batmış gənc.
Bulud, bunlar yaşamırlar:)

☁️☁️☁️

~alıntı    

Satırlara sığan dünya'Hikayelerin yaşadığı yer. Şimdi keşfedin