80 yaşlarında qoca bir ata ilə 40 yaşında oğlu salonda oturmuşdular. Hal-əhvaldan, oradan-buradan söhbət etdikdən sonra oğul susmuşdu. O anda pəncərənin kənarına bir qarğa qondu. Ata gülümsəyərək bir müddət qarğaya baxdı, sonra oğlundan soruşdu:"Oğlum, bu nədir?"
Oğlu təəccüblə cavab verdi:"O, qarğadır, ata!"
Yaşlı ata bir müddət də baxdıqdan sonra yenə soruşdu:"Oğul, bu nədir?"
Oğul daha da təəccübləndi və yenə eyni cavabı verdi:"Ata, qarğadır o."
Qarğa hələ də pəncərənin qırağında gülməli hərəkətlər edir, başını sağa-sola çevirirdi. Ata 3-cü dəfə də soruşdu:"Ay oğlum, bu nədir?"
Oğulun təəccüblüyü səbirsizliyə çevrildi:"Bir qarğadır o, bununla üçüncü dəfədir, soruşursan. Məni eşitmirsən?"
Yaşlı ata 4-cü dəfə də soruşanda oğulun səbir kasası daşdı və səsini yüksəltdi:"Ata, nə üçün belə edirsən? Düz dörd dəfədir ki, onun nə olduğunu soruşursan, cavab verirəm və sən yenə də soruşmağa davam edirsən. Niyə məni bu qədər məşğul edirsən, səbrimi yoxlayırsan?"
Ata üzündəki təbəssümü hələ də davam etdirərək yerindən qalxdı və o biri otağa keçdi, əlində bir dəftərlə geri qayıtdı. Sevgi ilə gülümsəməyə davam edərək səhifəsi açıq bir şəkildə dəftəri oğluna tərəf uzatdı və həmin səhifədəkiləri oxumasını istədi.
"Bu gün 3 yaşındakı körpə balamla salonda oturarkən pəncərəyə bir qarğa qondu. Oğlum düz 23 dəfə onun nə olduğunu soruşdu. Hər soruşduğunda da onu sevgi ilə qucaqlayaraq başını oxşayaraq pəncərəyə qonanın qarğa olduğunu dedim. Narahat olmaqmı? Xeyr! Onun sualını məsumca təkrar etməsi məni sevindirirdi..."~alıntı
ŞİMDİ OKUDUĞUN
Satırlara sığan dünya'
PoesíaBu kitapta ünlü insanların, yazarların, şairlerin,söylediği ve yazdığı sözler, hem de siz okuyucuların bana dm'a atacağınız anlamlı sözleri paylaşacağım.(: