Con,mən illər əvvəl Elliyanın, yəni sənin öldüyün gün ordan bir xəritə tapmışdım. O xəritənin məndə olduğunu heç kəs bilmir. O gündən sonra bir daha oraya getmədim. Amma xəritə burda olmalıdı. Amma indi tapa bilmirəm hara qoymuş ola bilərəm ki?! Heç bilmirəm.
- O necə bir şey idi?
- Qara kağız idi.Üzərində də işarələr vardı. Birdə rəssm.
-Rəsmi?! Necə rəsim idi? Qara boyalarlamı çəkilmişdi?
- Hə, axı sən bunu hardan bildinki?
-Mən bunu görmüşəm.Həmdə Elliya çəkərkən. Onun məndən gizlətdiyi o tablodaydı bu dediyin rəssm.
- O zaman nə durmusan sizin evə gedək.
- Gedək, amma sən tək getməli olacaqsan, mən onsuz istədiyim vaxt orda peydə ola bilərəm.Unutdunmu, mən bir ruham, Məryəm
*****
Bütün sirlər artıq açılmağamı başlamışdı, yoxsa hələdi biz bir oyunun oyuncuları qismində çıxışmı edirdik. Bir İnsan və illər əvvəl ölmüş Bir Ruh! Xəyalmı, həqiqətmi, yoxsa böyük sehirli kainatın bizə bir oyunu yada Sirimiydi?!
******
Con o rəssmi emalatxanada qoymuşdu. Elə son işidə o idi. Məncə emalatxanaya baxaq birinci.
-Baxaq
Məryəm gəl. Rəssm burdadı.Gör o dediyindi bu?
- Elədiki var,ancaq bunun üstü qaralanmış heçnə doğru düzgün görünmür. Bunun üstündə yazılarda olmalıdı.Amma Elliya bunu necə çəkə bilib ki? Axı onun bundan xəbəri belə yox idi?
-Məncə biz onun otağına baxmalıyıq. Orda nəsə tapa bilərik.
Ev çoxdandı heç kəsin gəlmədiyi,bir boş xarabalığı xatırladırdı.Polislər iz tapmaq üçün hər yeri darma-dağın edib,qapıyada möhür vurmuşdular. Emalatxananın vəziyyəti əslində ondan heçdə geri qalmırdı, eyni vəziyyətdəydi.Ancaq onun ağzına möhür vurulsada kimlərsə tərəfindən qoparılmışdı. Görünür kimsə oranı soymaq istəmişdi, amma içərindən heç bir şey aparılmamışdı.
Biz emalatxananın içindəki heç kəsin bilmədiyi qapıdan evə keçdik.O qapı mətbəxtdən keçərək Elliyanın otağına apardı bizi.
- Məryəm, Eliya yazdığı gündəliyi yanından heç ayırmırdı.Amma son dəfə onu bura- yatağının aşağısındakı sandığın içinə qoyduğunu gördüm.
Yaxşı, onda burdan başlıyaq axtarmağa.
- Yaxşı onda elə ilk bura baxaq.
Bir az keçmədi, Məryəm səsləndi.Con o burdadı.
İçində çox şey yazılmışdı gündəliyin. Ancaq bəzi səhfələridə çırılmışdı.Səbəbini anlamadıq.Yada kı anlamaq istəmədik. Çünki bizi sadəcə o xəritə və rəssm maraqlandırır, ona aid nələrsə axtarırdıq.
Budur axtardığımızı diyəsən tapdıq.Elliya rəssmin eynisini burda çəkmişdi. Biz artıq onu tapmaq üçün yola çıxa bilərdik.
*****
Bu çıxacağımız yol, yenidən illər sonra birlikdə çıxacağımız ilk yol idi. Biz yenidən ilk zamanlarda olduğu kimi birlikdə hansısa sirin üstün açmaq üçün yola çıxırdıq.Ancaq bu dəfə Elliyasız idik .Onsuz necə olacaqdı heç bilmirəm.Çünki o her şeyi fərqli analiz edə bilir, bizə həmişə yol göstətrirdi.
****
Budur xəritə bizi illər əvvəl mənim öldüyüm o yerə. Şəlalələr vadisinə gətirdi.Mənim boğulduğum o çay, o şəlalə necədə illər əvvəl olduğu kimi idilər. Sanki can almamış, ömürə bədəl sirlərə şahid olmamışdılar. Rəssmdə göstərilən yazılar və birdə digər rəssmlər bizi bir qayanın yanına gətirib çıxardı. Qaya yada mağara bilmirəm.Ancaq rəssmdəki kimi yamyaşılıq, şəlalələr və çaylarla əhatələnmiş bir yer idi. Həzin musiqi isə insanın ruhunu oxşayırdı. Yəni insan olmasamda ruh kimi çox gözəl təsir edirdi mənə. Ancaq, bu melodiya o qədərdə gözəl deyildi əslində bir az dinlədikdən sonra səni özündən ala bilirdi. Bunun təsirini öz üstümdə çox hiss etməsəmdə Məryəmdə hiss edə bildim. O birdən yerə yıxıldı. Diyəsən özündən getmişdi. Nə qədər çalışsamda onu oyada bilmədim. Bir anlıq hər yer qaranlıq oldu. Sanki kimsə, yada nəsə bütün işığı özünə çəkərək hər yeri işiqsız qoydu. Qaranlıqdan nə kimisə görmək olur, nədə hiss etmək. Məryəmi səslədim ancaq ondan səs gəlmədi. Birdən günəş yenidən doğmüş kimi hava işıqlanmağa başladı.Ancaq bu dəfə mən yalnız idim. Elliya kimi Məryəmdə sanki buxar olmuşdu. O yox idi heç yerdə. Nə qədər axtarsamda onu tapa bilmədim. Olduğum yerdəndə uzaqlaşmaq istəmirdim,çünki xəritə Məryəmin əlində idi oda onunla birlikdə buxarlanmışdı. Mağaranın qarşısında durdum. Ordan- mağaranın içindən çox soyuq gəlirdi.Düşünə bilirsiz bir ruh üşüməz, istilənməz, amma mən o soyuqdan sanki buz kəsmiş kimi olmuşdum. Bayaqdan qardaşımı axtarırdımsa,indi artıq sevdiyim qadınıda axtarmalıydım. Bu necə olacaqdı. Mən onları necə tapacaqdım?! Mən necədə əfəl bir ruham axı ruhlar üçün imkansız heçnə yoxdu. Mən isə diyəsən ən uğursuz bir ruh idim ruhların içində. Bu nə idi. Diyəsən mağara üzümə güldü qaya parçası mağaranın ağzından sürüşərək yerə düşdü artıq mən içəri girə bilərdim.
****
Ruhlar insanların bədəninə sahiblər, yada insanlar ruhları öz bədənlərində həbs ediblər. Bilmirəm. Ancaq ruhlar insanlara ziyan verməzlər, onlar insanlardan intiqam belə almazlar onlar sadəcə sonsuzadək yaşarlar. Hər yerdə olarlar. Bəs biz onları görə bilirikmi? Hiss necə, hiss edə bilirik? Yoxsa onlar yalnız cümə axşamları bizi ziyarətə gəlirlər?! Onlar bizdən nə istiyirlər axı?!
****
Elliya və Məryəm sakitcə bir kənarda oturmuşdular. Elliyanı görəcək onun qucaqlamaq istədim. Ancaq mən bunu bacaramazdım ki, onu qucaqlasaydım belə ələrim ona toxunmadan bədənini yarıb keçəcəkdi. Mən necə edə bilrədim ki, sadəcə onun qoxusunu "içimə" ruhuma çəkə bildim. O rəssmdəki qaranlıq kölgə qarşımda durmuşdu. Mənə nəsə deyirdi mən isə onu eşitmək istəsəmdə eşidə bilmirdim çünki, bura mənə çox doğma gəlirdi özümü evimdəki kimi hiss edirdim. Hər şey çox gözəl idi. Və mən hissizləşməyə başlayırdım. Ancaq özümü toplayıb ona O qara kölgəyə qulaq verdim. O mənə axırki evinə gəldin, yanımıza geri döndün dedi. Mən anlamadım, bəlkədə analamaq istəmədim bilmirəm niyəsə ona qulaq asmaq heç içimdən gəlmirdi. Hətta nəsə etmək belə istəmirdim. O isə elə hey danışırdı.
- Mən bu Şəlalələr vadisinin qoruyucu ruhuyam əslində bura Ruhlar vadisidi. Şəlalələr yox. Burda ölmüş insanların ruhları huzur və xoşbəxtlik içində yaşayırlar. İstədikləri vaxt ailələrin görüb yenidən geri qayıdırlar. Ancaq çox zaman getmək belə istəmirlər çünki onları incidən cisimləri görəməyə dözə bilmirlər, ailələrinin yanına isə onları deyil, əslində onların ruhlarını görməyə gedirlər. Çunki onlar böyük bir ruh ailəsinin üzvüdürlər.Ruhlar bura aiddirlər.Sən isə dünya yaranandan bu günə qədər davam edən bu ənənəni pozdun. Qardaşını xilas etmək üçün öz həyatından vaz keçdin, buda azmış kimi onun ruhunun haqqını əlindən aldın. Ancaq yenədə durmadın. Ruhların qanunlarını pozdun, insanlarla yaşamağa davam etdin. Səni görən, hiss edən qardaşının yanından ayrılmadın. Ruhuna illərcə əziyyət verdin. Ruhuna bir ruh kimi deyil, insanmış kimi davrandın,onun ali hisslərinin ölməsinə icazə vermədin. Sən Ruhunun qatili oldun. Bu Ruhlar Vadisində bağışlanmaz bir hərəkətdir. Ona görə biz sənə dərs vermək istədik. Qardaşının yuxularına girdik, bəlkə nəsə anlayar, sənə geri qayıtmağın üçün kömək olar deyə. Amma, o hər dəfəsində səni çağırdı. Sən bura gələrkən, səni bura deyil öz yanında tutmağa çalışdı. Bizdə onun yuxusunda ona axırda hər şeyi danışdıq səni ondan alacağımızı dedik. O bunu bildikdə qorxdu. Səni özündən uzaqlaşdırmağa çalışsada sənə get deyə bilmədi. Axı sən onun tək yaxınısan. O hər şeyi əvvəlcədən bilirdi. Ancaq olanlara qarşı gələ bilmədi. O rəssmilərini, yazılarını sənə göstərmirdi, çünki suallar verəcəyini bilirdi. O hətta o gün Annanın öləcəyinidə bilirdi. Çünki onun ruhunun Ruhlar Vadisinə çağırıldığını hiss etmişdi. O gün evə oğru girdi və Annanı öldürdü. Elliya isə evə getməmiş biz onu artıq bura gətirmişdik.
Biz sadəcə səni öz yerinə qaytarmaq istiyirdik. Bizim yanımıza, aid olduğun yerə.
-Bəs, Elliya, Məryəm onlara nolacaq?! Mən artıq burdayam sizin nəhlətə gəlmiş Vadinizdə. İstədiyiniz oldu mən burdayam.
- Onlar öz həyatlarına davam edəcəklər. Bu sabah doğan günəş onlar üçün yenidən doğacaq. Onlar hər şeyi unudub öz həyatlarına davam edəcəklər.
-Bəs, Anna?! Elliya onu çox sevir. O onun ölümüylə necə barışacaq?! Qorxmursan hər şey yenidən olsun?! Axı biz ruhlar sevdiklərimiz üçün qanunları poza bilirik?!
-O yuxudan ayılacaq, ancaq o günü yenidən yaşıyacaq.
- Nə, sən nə demək istəyirsən?! Yox, yox qardaşım buna dözə bilməz.
- Dözəcək, çünki o artıq ruhları görə və hiss edə bilməyəcək. Belə olanda isə ondan ayrılmaq çoxda çətin olmayacaq.
-Bəs,Məryəm?! O necə olacaq?! Axı oda ruhları görür.
-Yox, o heç vaxt ruhları görmədi. Əslində o səni sevdiyi üçün öz beynində səni yaratdı ona inandı, onu sevdi ömrü boyunca. Elliyanın dediklərinə ona görə inanırdı. Çünki o da onun kimi Elliyanında səni xəyallarında yaşatdığını bilirdi. Daha doğrusu elə inanırdı.
****
Hər şeyin, hər kəsin bir sonu var, insanlarında,ruhlarında. Bu həyat əbədi deyil. Bir gün hər şey bitəcək. Bu gün mənim hekayəmin bitdiyi kimi! Sevin,sevilin. Kimisə düşüncələrinə görə mühakimə etməyin, kimisə sevərkən sevmədim deməyin. Tək sonsuz olan şey sevgidi. Sevin. Sevgi hər şeyi- Ölünü belə diri tutan tək mücərət məhfumdur!!!!Müəllifdən(Kölgə)
Oxuyan və fikir bildirən hər kəsə təşəkür edirəm.🕊️💜
ŞİMDİ OKUDUĞUN
Şəlalələr Vadisi
FantasíaTamamlandı İnsan hər zaman diqqət çəkmək istər. Hər kəsin diqqəti onun üstündə olmasını, onun nazıyla oynanmasını istər. Hələ ki bu duyğular insanda uşaqlıqdan yaranmağa başlarsa, o zaman hər şey çox çətin olar. Həyat onu çox üzər, onun ruhunu yora...