***
Günlər günləri əvəzlədi. Mən artıq bu ayrılığa dözə bilmirdim. Bu necə oldu axı?! Mən onları tək qoymamalıydım.Axı nədən Con?! Mən nəsə etməliydim.Conu tapmalıydım.Tək ağlıma gələn Ona məktub yazmalıydım. Yox, mən Cona deyil, Conun tək dostu olan Məryəmə məktub yazmalıydım.Amma bu necə olacaqdı ki, mənim yazdığım məktuba sadəcə zarafat kimi yanaşardı Məryəm. İnanmazdı ki, məktubu mənim yazdığıma.Ancaq mən onun yanına gedə bilərəm, məni görməsə belə orda olanlara baxar bir nəticəyə gələ bilərəm.
*****
Məryəm özü üçün yaşayann, tarixin sirili vərəqlərini araşdırmağı sevən,miflərin və xülyaların gərçəkliyinə inanan gənc, gözəl bir qadındır. Məryəm Con üçün əvəz olumaz bir dost, tək sirdaş idi. Arasıra Annanın qısqanclığı ilə üzləşsədə bu dostluq ömür boyu, davam etmişdir. Taki uşaqlıqlarından bu günə kimi.Ancaq, Məryəm necə Cona onun kimimi yanaşırdı?! Sadiq bir dost, tək bir sirdaş kimimi?! Yoxsa, ömür boyu onu sevəcəyinə, qoruyacağına söz vermiş, bir mələyi kimimi yanaşırdı?! Bəli, O bizim Annadan fərqli olaraq Conun yanında olmasada ömür boyu onu qoruyur, dünyanın harasında olursa olsun Cona məktub yazır, onun hər zaman yanında olmağa çalışırdı.
*****
Mən artıq Məryəmin yanındayam onun olanlardan xəbəri var.Niyədə olmsın ki, Con məşhur bir rəssam və bütün dünya mətbuatı onun "ölümündən", yoxaçıxmasından xəbərdar idi.Əlbətdə Məryəmdə bu xəbəri çox çəkməyib qəzetlərdən, tv xəbərlərindən eşitmiş və o gündən evdən çölə çıxmamış, öz otağında Conun xatirələrinə sığınmışdı.Mən onunla necə danışacağımı fikirləşirdim. Axı, məni yalnız Con hiss edib, duya bilirdi. Məryəmə yaxınlaşdım, əlimi onun çiyninə qoydum. Və inana bilmədiyim bir şey oldu. O məni hiss etdi mənimlə danışmağa başladı.
- Sənmi gəldin? Conu nədən qoruya bilmədin ki?! Axı o sənə əmanət idi.Nədən olanlara göz yumdun?!
-Mən bilməzdim belə olacağını.Axı məndə sənin kimi hər şeydən xəbərsizdim. Necə edə bilərdimki?!
-Sən istəsəydin edərdin.Amma etmədin!!
-Məryəm, axı sən de necə edə bilərdim ki?!
-Sən hiss etməliydin.Ona bu aralar nə olduğunu anlamalıydın.Mənə son məktublarında artıq səndən yazmırdı.Buda o demək ki, sən artıq onunla maraqlanmırdın.
-Mənmi? Əksinə mən ona yaxınlaşdıqca o qaçırdı, məni eşitmirdi, mənə heçnə danışmırdı.Bilirsən mən uşaqlıqdan ondan heç ayrılmadım ki, hər an onun yanında oldum. Uşaq vaxtı olduğu kimi,amma o son zamanlar bütün gününü nəsə yazmaqla keçirirdi. Hətta mənə belə göstərmirdi.Rəssmlərini belə heç kəs görməsin deyə qaralıyır, yada atırdı.
-Sən ona imkan verməzdin kaş yanında olaydın bir bəhanəylə.
-Mən səsimi çıxarmasam belə o məni hiss edirdi. Neyniyə bilərdim ki. O tək sənin yaxının deyil, sən onu sevə bilərsən, amma unutmakı o mənim ekizim idi.Onu əmin ol səndən daha çox sevirəm.O mənim üçün ölümü gözə aldı. Məni xilas etmək üçün hər şeyi etdi.O məni qorumaq üçün öz canını ortaya qoydu mən onun sayəsində sağ qaldım!!!
- Sağmı? Diyəsən unutmusan, sən ölmüsən Eliya! Bəsdi kəs bu cəfəngiyatı.
-Məryəm, bu sənə elə gəlir.Əslində ölən mən idim,Con!.
- Nə?!
-Hə ölən Con idi.Yəni mən.O uşaqlığımızdan bu günə qədər Con rolunu oynadı.Çünki hər kəs içi sən qarışıq olmaqla hər kəs Conu çox sevirdiniz. Eliyanı deyil.Mən onu sevən tək insan idim. O məni xilas etdi, amma mən ona icazə vermədim çünki əks halda o mənim yerimə öləcəkdi. Mən bunu istəmədim. Mənə -hər kəsə sən lazımsan mən yox, bunu etmə dedi, ancaq mən ona qulaq asmadım o gün o şəlalədə mən boğuldum, Con.
Eliya bunu qəbul edə bilmədi.Çünki o bundan özünü günahlandırırdı. O ondan nifrət edən ailəsinə ekizim mənim üzümdən öldü deyə bilməzdi. Ona görə belə bir yalan uydurdu. Və nəticə, hər kəs Eliyanın öldüyünü, Conun yaşadığına inandı.Bu Eliya üçün çox ağır idi. Amma bu onun tək çıxış yolu idi.Çunki o mənim ölümümün hər kəsi sarsıdacağını bilirdi. O məndən çox fərqli idi. Onun ideaları, düşüncələri, hətta çəkdiyi rəsmlər belə insanları qorxudurdu. Sənki bunları bilirsən. Ona görə insanlar onu dəli adlandırırdı. İnanmırdı. O ruhların yaşadığına inanırdı. Axı o yanılmırdı!!!
Amma o bir ömür Con olaraq yaşamağı qəbul etdi. Çünki əgər Eliya olaraq qalsaydı hər şey çox fərqli olacaqdı. Bu onun sonu olardı.
- İndi mən uzun ilər boyu Con deyə Eliyanımı qorumuşam, ona sadiq olmuşam?! Mənim sevdiyim adam isə əslində illər öncə o şəlalədə boğularaq ölmüşdü?!
Və sən bütün bunları bilirdin.Səni sevdiyimi, sənin üçün necə darıxdığımı...amma susdun hə?!
- Hə susdum. Necə deyə bilərdim axı?! Ən azından sən məni başqasının yanında olduğumu bilə- bilə sevirdin.Düşündüm öldüyümü bilsən hər şey sənin üçün qaranlığa çevriləcək. Birdəki bu düşüncəm yalanmı səncə? Bax Con bildiyin Eliya ölüb və sən bu vəziyyətdəsən. Gör illər əvvəl mənim öldüyümü bilsəydin necə olardı?! Sən olardınmı, yaşaya bilərdinmi?! Məryəm mən səni hər zaman çox sevdim.Heç unutmadımda.Nədən Conun sənlə deyil, Annayla evləndiyini düşündünmü? Nədən Con bunu etdi deyə fikirləşmədinmi? Əslində bunu edən Eliya idi. O Conun, mənim xatirəmə toxunmamaq üçün sənlə evlənmədi. Axı o Con deyildi, səni aldada bilməzdi. Conun adıyla səninlə birlikdə ola bilməzdi.Sənə və mənə, bizim sevgimizə xəyanət edə bilməzdi!
İndi artıq olan oldu bax mən ölsəmdə səndə Eliyada məni görə bilir, hiss edir, səsimi eşidirsiz. Artıq bu toz basmış siri açmaq vaxtıdı.Sən illər əvvəl yarımçıq qoyduğun kitabı tamamlaya bilər, mən isə qardaşımı taparaq bu siri yox edə bilərəm.
ŞİMDİ OKUDUĞUN
Şəlalələr Vadisi
FantastikTamamlandı İnsan hər zaman diqqət çəkmək istər. Hər kəsin diqqəti onun üstündə olmasını, onun nazıyla oynanmasını istər. Hələ ki bu duyğular insanda uşaqlıqdan yaranmağa başlarsa, o zaman hər şey çox çətin olar. Həyat onu çox üzər, onun ruhunu yora...