"Həyat torpağın altındakılarını unutduğumuz və torpağın altında olarkən unudulacağımız bir oyundur."
Hər kəsə yaşadığı an dəyər vermək bizə görə çox çətindir deyəsən, çünki əməl etmirik. O şəxsə yalnız çiyinlərimizin üzərində məzara gedərkən dəyər veririk, qədrini bilirik. Uzağı 1 saat olan məzar yolunda onunla keçirdiyimiz hər hadisə gözümüzün önümdən bir-bir keçir. Onun üçün risk eləmədiklərimiz anlara, təhlükədə olan vaxt, ya da bizə ehtiyac duyduğu zaman kömək eləmədiyimiz günlərə görə peşmançılıq keçiririk. İnsan övladı belədir. Kiminsə qədrini həmin şəxs ruhsuz bir cisim olarkən, qəlbi soyuyarkən bilər. Amma artıq çox gecdir. İstəyiriksə, dünyanı dağıdaq, kar aşmayacaq. Çünki göstərdiyin dəyəri görəcək canlı biri olmayacaq həmin zaman.
Bunlar sadəcə bir hissin təsviridir: Peşmançılıq. Bəli, insanı hər gün ölməyə məcbur buraxan o hiss. Mənim hələ də hər gün ölməyimə səbəb olan o hiss.
•Müəllifdən...
Artıq axşam öz üzünü göstərirdi. Ay solğun üzü ilə dünyaya qəmli-qəmli gülməyə başladı. Buludlar gülüşünü qısqanıb arabir onun qarşısını kəsirdilər. Qısqanclıq nələr ettirməz bizə? Bu nədir ki?
Gözlədiyim məktub hələ də gəlməmişdi. Axı bu qədər gecikməzdi. Deməli, artıq yanlış ünvan olduğunun fərqinə varmışdı. Bəli, bu çox pis təsir etdi. 3 gündür ki, 3 il kimi alışmışdım məktublarına.
Artıq gecə düşmüşdü. Mən artıq ümidimi üzmüşdüm. Onu düşünməməyə çalışırdım. Başımı öz işimlə qarışdırırdım. Amma fikrimi toparlaya bilmirdim. Nəhayət, qərara gəldim ki, öz dünyama səyahət etməliyəm...
Tək rahat olduğum yerin bura olduğunu demişdim? Sadəcə bu dünya yalnız mənim istəklərimə uyğun görümnür. Ən əsası, burada məndən başqa heç kim yoxdur. İnsanlardan uzaq, təmiz, sakit bir meşə. Qarşısındakı uçurum heç də qorxunc görünmür. Əksinə, o da bir gözəllik qatır. Yalnız burada pislik, paxıllıq, şeytani planlar yoxdur. Çünki burada insan yoxdur. İnsanın əlinin çatmadığı yer hər zaman gözəldir.
***
Siz də gözünüzü bağlayıb bir neçə dəqiqəlik öz dünyanızı tapın. Ora sizin aid olduğunuz məkandır. Özünüzü ancaq orada tapa bilərsiniz.
***
Hər şey birdən dəyişdi. Sanki öz dünyamda deyildim. Ətraf qaranlıq oldu. Zülmət bir gecədə gəlmişdim sanki öz dünyama. Ya da başqa birinin dünyasında idim. Sadəcə birinin adımı sayıqladığını eşitdim həzin bir səslə. Səs tanış deyildi. Çünki aydın deyildi. Arxama çevrildim. Səs oradan gəlirdi. Amma heç kim yox idi. Təkrar arxamı çevirəndə ağ libaslı bir qadın gördüm. Saçları uzun, düz və sarı idi. Bir hissəsi üzünə tökülmüşdü. Amma qorxunc görünmürdü. Sakitcə mənə yaxınlaşırdı. Səs də onunla birlikdə daha da aydınlaşırdı. Mənə çatdı. Mən tərpənə bilmirdim. Qolumdan tutdu və sallamağa başladı. Dediyi:"Oyan. Artıq gecdir"...Gözümü qəfil açdım və qarşımda qolumdan tutmuş məni çağıran anamı gördüm. "Oyan, artıq gecdir" deyirdi. Təəccüblü baxışlarla anamı süzdüm, sonra gülümsədim və otağıma getdim. Məktubun gəlməyəcəyindən əmin oldum və yatdım.
'Gecə 04.00'
Gözümə düşən ani fənər işığıyla yuxudan oyandım. Amma heç kim yox idi. Sadəcə baş ucuma qoyulmuş məktubdan başqa.
Niyə bu saatda? Niyə baş ucuma?
Qorxdum açığı. Titrək əllərimlə məktubu götürdüm və açdım. Eyni imza. Eyni kağız parçası.
"Sənə bu gün sevgimdən danışacağam, ay'ım. Yəni qarşılıqsız sevgimdən...
17 yaşım var idi. Bilirsən, həyat hər kəsə 17-sində yeni bir həyat bəxş edir. Hər kəsin 17 ilə bağlı yaralı bir hekayəsi var. Ya da yaralı olmayan. Mənimki yaralı oldu. İlk dəfə birinə könül bağladım 17-imdə. Peşmanammı? Xeyr. Sevməyi öyrəndim onunla. O məni sevməsə də. Gözəl deyildi. Ona qalsa, çox gözəl var idi ətrafımda və məni sevən. Amma mən daxili gözəlliyə üstünlük verirəm hər zaman. Ürəyi...ürəyi çox təmiz idi. Sırf başqalarına yardım etsin deyə neçə dəfə öz həyatını təhlükəyə atmışdı. Həyatı vecinə belə deyildi. Hər zaman başqalarını düşünərdi. Elə ona görə də... elə ona görə də həyatına məhəl qoymadı. Həyatsa, onu atıb getdi. Bilirsən? Həyat da insana bənzər. Gərək nazı ilə oynayasan. Vecinə almadınsa, gedəcək.
Tanışlığımız bir payız axşamı oldu. Kimsəsiz bir uşaq sayəsində. İtmiş bir uşaq itmiş iki qəlbi qovuşdurmuşdu, öz anasına qovuşmadan öncə. Qəlbim ondaydı, o isə heç vaxt qəlbini etibar etmədi. Sözdə sevirdi, amma hiss etmirdim. Bəlkə də, sevmirmiş və ya sevdiyini sanırmış. Bilmirəm. Onu bilirəm ki, mən onu pərvanələrin işığı sevdiyi qədər sevmişdim. İşığında öləcək qədər.
İllər beləcə axıb gedirdi. Ta ki...o günə qədər...yenə kimsəsiz bir uşaq...yenə bir qəza...bu dəfə özünü fəda edən o oldu...yolun digər tərəfindəydi, mən isə qarşı tərəfində onu gözləyirdim. O gözəl gülüşünü üzünə yerləşdirdi. Amma keçəcəyi vaxt yanındakı kimsəsiz uşaq yola qaçdı. Yenə o səhnə. Sürətlə gələn bir maşın. Özünü fəda edən biri. Qan. Və mən. Gördüyüm son anı ağ kəfəni üzünə örtdükləri zaman oldu. Sonra isə qəbir daşındakı şəklinə gül uzatdım qalan illərdə.
Belə. Bir gün, bir gün səni də apararam qəbrinə, tanış olmalısan, çox gözəl qəlbli biri idi. İndi isə daha çox ağlamadan vəda edim, sən özünə yaxşı bax, ay'ım..."Bu gecə də yatmayacaqdım.
YOU ARE READING
Senz'anima'dan məktublar
Poésie-Bir insan nə qədər ruhsuz ola bilər ki, artıq xəyalındakı insanın varlığına ümid bəsləsin? -Xəyali birinə dərdini danışmağa ehtiyac duyanda anlayacaqsan məni.