Keçmişdə...

19 3 0
                                    

Mayk cavanlığında qeyri adi varlıqlarla tez-tez rastlaşardı.O, artıq alışsada bu normal deyildi, buna baxmayaraq Mayk onlarla getdikcə daha çox maraqlanmağa başlamış və heç gözləmədiyi şeylərə, istəmədəndə olsa yol açmışdı.
Artıq heçnə əvvəlki kimi olmayacaqdı, Mayk böyük sehv etmişdi. Həmdə bu səf başqasının həyatını dəyişəcəkdi. Onun oğlunun.
O vaxtlar Mayk hələ evli olmasada gələcəkdən xəbər tutan bu varlıqlar onun bir oğlu olacağından xəbərdar idilər. Maykın onlarla maraqlanmağının əsas səbəbidə elə bu idi, onlar gələcəyin xəbərçiləri idi. Təbii ki, bunu öz mənfəətlərinə işlədirdilər. Mayksa nəfsinə yenik düşüb onlara aldanmışdı belə.
Mayk onları azad buraxmışdı, daha doğrusu onların düşüncələrini. Çünki o öz gələcəyini görüb edəcəyi səfləri dəyişmək fikrində idi. Amma unutduğu bir şey var idi, yazı.
Heç kəs bu yazını dəyişmə gücünə malik deyildi. Karl'dan başqa...

Qum saatıDonde viven las historias. Descúbrelo ahora