Bəli əsas xarakter Karldır. Həyatının ən maraqlı anlarını yaşayan yada elə zənn edən Karl çox məmnun görünürdü. Hələ heçnədən xəbərdar deyildi. Mayk ona bütün gerçəyi açıb deməyə neçə dəfə cəhd etsədə hələdə bunu bacarmamışdı. Ama vaxt gedirdi, artıq danışmaq üçün gecikmişdi belə.
Karl bu son günlərdə çox nəşəli idi. O artıq 18 yaşına girəcəkdi və bəlkədə həyatına maraq qatacaq biri ilə qarşılaşacağı vaxt çatırdı. Ana və atası onu həmişə əl üstündə tutmuşdular, demək olar ki, şəxsi bir həyatı belə yox idi. Məhz elə buna görə Karl 18 yaşınnan çox ümidli idi. Həyatının qərarlarını alacaq qədər böyüdüyünü düşünürdü.Mayk üçün isə her şey hələ yeni başlayırdı. Oğlunun gələcəyi üçün əlindən gələni hətta əlindən gələnnəndə çoxunu etməli idi. Bəs niyə bunun üçün Karlın özünə möhtac idi? Burası əsas məsələ idi.
![](https://img.wattpad.com/cover/228408643-288-k540983.jpg)