Multimedya: Sibel Can - Cakmak-Çakmak.🌼🌼🌼🌼
"Ana mən Şəbnəm gilə gedirəm" otağımın qapısından çıxarkən mətbəxdə olan anama səsləndim.
"Yaxşı qızım ehtiyatlı get" deyə cavab verdi anam.Sanki başqa ölkəyə gedirəm. Uzağı iki ev sonraki qonşuya gedəcəkdim. Yenə də anadır hər şeyə narahat olur.
"Narahat olma 1 saata gələrəm" dedim ən son pilləkənləri enərkən. Yenə nəsə dedi amma artıq darvazadan çıxmaq üzrəydim heç nəyi eşitmədim.
İnstituta gedəndən hər kəs üçün darıxmışdım. Əsasda sinif yoldaşım və ən yaxın rəfiqəm üçün. Bir-birimizin üzün görməsək də telefonla tez-tez danışar, mesajlaşardıq.
1 həftə sonra nişanı olacaqdı. Çox həyacanlı idi. Məktəb illərindən bəri bir-birini sevən iki sinif yoldaşım nişanlanırdı. Rasim əsgərliyini bitirdikdən sonra işə düzəlmişdi və artıq evlilik yolunda addım atmağa başlamışdı. Mənim də saf rəfiqəm çox həyəcanlı idi. Sanki heç tanımadığı biri ilə nişanlanacaq. İllərlə eyni parta arxasında oturduğu, aşiq olduğu sinif yoldaşı ilə nişanlanacaq deyə həyəcanının həddi-hüdudu yox idi.
Gözümün önündə keçdi onların sevdaları. Elə gözəl, elə sat-təmiz sevdilər ki, bir birlərin. Həsəd aparılası dərəcədə. Artıq qovuşmaq üçün ilk addımı atmışdılar. Mən də çox sevinirdim onlar üçün. Çox xoşbəxt olmalarını ürəkdən istəyirdim.
Sevmək yaxşı hissdir amma bəzən də acı verir. Xəyanət girir araya, inamsızlıq, qısqanc hisslər xələl gətirir saf eşqə.
Sevərkən acısını da sevgisinə də gözə alaraq sevəsən gərək. Ürəyində daşıya biləcəyin sevgin varsa heç vaxtı səni yarı yolda buraxmayan bir eşqin var demmək ki. Yox qəlbində yeri yoxdursa o sadəcə həvəsdir və yarı yolda səni yalnız buraxar.
Bu hisslərin heç birini yaşamamış biri olaraq bəlkə mənə nəsə qəribə gəlirdi. Birini sevmək, ona bağlanmaq. Sevmək sadəcə sözdə olmamalıdır, ilk öncə insan qarşısındakına hörmət etməlidir. Onun yaxşı və ya pis cəhətlərini, arzularını, düşüncələrini də sevməlidir. Bəlkə də mümkün deyil amma mütləq belə bir insan vardır.
Mənə də qismət olacaqmı görəsən hər cəhətiylə sevə biləcəyim. Aşiq olacağım. Yaxud məni hər xüsusuyyətimlə sevə bilən biri. Aşiq olan.
Bir az unatncaq biriyəm bəlkə də, nələrdənsə çəkinirəm bilmirəm, ailəmində üzərimdə təsiri yoxdur amma hər zaman dərslərimə və yaşadığımız mühitin adətlərinə əhəmiyyət verdiyim üçün eşq məsələrinə üstünlük verməmişəm.
Çalışmışam heç vaxt adıma və ailəmin adına əyri-əksik sözlər söylənməsin. Bunun ailə tərbiyyəsində də böyük rolu var. Oğlan olsan belə heç kimin namusuna və şərəfinə toxunmağa haqqımız yoxdur.
Atam həmişə qardaşıma verdiyi öyütlərdə eşidərdim 'Sevgi haram deyil, qəlbinlə sevdikdən sonra'
Anamla atamın sevgi hekayələrini hər zaman bizə böyük maraqla danışırdılar. Necə bir-birlərini sevdiklərini, hörmət və inamla ailə qurduqlarını.
Həsəd aparılası sevgi hekayələrini dinləməyi sevirəm. Nə yaxşı ki, öz ailəm də rast gəldim.
Bəlkə bir gün mənimdə bir hekayəm olacaqdı. O nağıllardakı şəhzadələrin sonsuz aşqı mənə qismət olacağdı. Kim bilir bəlkə hardasa təsadüfən qarşılaşacağam, kim bilir.
Bütün bu düşüncələrimlə 5 dəqiqəlik yolu qət edib, ətrafa belə baxmadan artıq ünvana çatmışdım. Döngəni dönüb tam darvazaya yaxınlaşarkən başımı hələ də qaldırıb ətrafa belə baxmırdım.
Birdə qulaqlarımı batıracaq dərəcədə elə bir səs eşitdim ki, qorxudan əlimi qulaqlarıma apardım. Nəfəsimi tutdum, ürəyim qorxu və həyəcandan sanki yerindən çıxacağmış kimi çırpınmağa başladı.
Bu səs bir maşının təkərlərinin qəflətən tormoz edib dayanma səsiydi, amma mənim qulaqlarıma bomba partlamış kimi bir səs gəldi.
Yavaş-yavaş özümə gəlməyə başlayıb, gözlərimi asta-asta açaraq baxışlarımı qarşıdakı görüntüyə verdim.
Böyük hündür bir maşın tam qarşımda dayanmışdı. Aramızdakı məsafə sadəcə yarım metrə olar ya yox. Bu qədər diqqətsiz sürücümü olar? Günün günorta çağı həmdə kənd yolunda sürətlə gedəcək nə var görən. Həyəcanım azmış kimi əsəblərimdə gərildi.
Tam qarşımda sükan arxasında gənc bir oğlan vardı. Çox güman ki, o da hadisənin şokunu yaşayırdı. Mənim kimi olduğu yerdə hələ də hadisənin nə olduğunu beynində özü üçün anlamağa çalışırdı.
Birdən maşının qapısını açıb cəld endi və mənə yaxınlaşmağa başladı.
Yerimdə hələ də nə edəcəyimi bilməyərək ətrafa baxırdım. Təsadüfə bax ətrafda heç kim yox idi. Qorxmağa çoxda gərək yoxuydu çünki tam qonşumuzun darvazasının önündə idik.
O da qorxmuş olacaq ki rəngi bəmbəyaz olmuşdu. Mən Allah bilir nə halda idim.
"Xanım yaxşısınız?" qorxu dolu səsiylə mənə səsləndi.
Yeni hekayə yeni başlanğıc.
Sadəcə ürəyimdən keçən bir hekayədir bunu peşəkar bir əsəsrlərlə qarışdırmayaq. Mən peşəkar deyiləm sadəcə düşüncələrimi sətirlərə tökürəm.
Sizə xoş oxumalar mənə də xoş düşüncələr ümidiylə ilk bölümümüz xeyirli olsun.
Sürpriz asima03 😍
ŞİMDİ OKUDUĞUN
GÜLSÜN
Romanceİsti nəfəsini hiss etdim. Bədənimdən qəribə ürpəti keçdi. Titrək səsimlə "Sən niyə gəldin?" dedim amma səsim sanki buz kimi havada buxar olub uçdu. "Səni görmək üçün." deyə cavab verərkən bir əli yanağıma uzandı. Var olan həyacanım azmış kimi iki qa...