Watsonların evində hər il olduğu kimi bu il də şənlik keçirilirdi. Hər kəs bu böyük şənlikdən danışarkən evin sahibəsi Cenni Watson ortalıqda görünmürdü. O, yuxarı otaqda oğlunun yanında idi. Cenni ağbəniz, qıvrım saçlı,19 yaşlı gözəl qadın idi. Çox insan ona həsəd aparırdı: böyük ev, milyarderləri olan ər, oğul.. Ancaq gəl gör o özü xoşbəxt idi mi? Onun hər şeyi var idi. İnsanların gözündə dünyanın ən xoşbəxt qadını sayıla bilən Cenni, mental olaraq həyat sevgisi ölmüş, qəlbinin dərinliklərində hələ də geniş bir otaqda nəfəs alması getdikcə çətinləşən balaca uşaq var idi. Hansi ki, o uşaq hər bir qadının arzuladığı analıq duyğusunu erkən yaşda dadmışdı. Qapı döyüldü. Cenni üzünü qapıya tərəf çevirmədən:
- İçəri gəlin..
İçəriyə 24 yaşlı, çəlimsiz bir qız daxil oldu. Xanım Cenni, cənab Watson sizi aşağıya çağırır.
- Aşağıya gəlmək istəmirəm Teresa. Burda İanla qalacağam.
-Xanımım axı o indi çox hirsliydi. Sizi aşağıda görməsə daha da əsəbiləşəcək.
Cenni İana sığal çəkərək:
- Onun görəsən hirsli olmayan bir günü olub?- sakit səslə, lap pıçıltı ilə dedi. Yenə nəyə qəzəblənib?
- Mahnı oxuyacaq olan qrup hələ də gəlib çıxmayıb - Teresa həyəcanla sözünə davam etdi: Siz məni anlayırsınız? Çox hirslidi və hirsini tökmək üçün kimisə axtarır.
Cenni pəncərədən çölə göz gəzdirdi. Günəşin şəfəqləri İanin qəhvərəngi saçlarını lap qızılı rəngə boyamışdı. Teresanın yorğun gözlərinə baxaraq dedi:
- Teresa səni başa düşürəm əzizim, səndən xahiş edirəm ki, mənə "siz"lə müraciət etməyəsən. Səni ürək dostum qəbul etmişəm, sevincimi də kədərimi də sən bilirsən. Axı mənim bu həyatda iki yaxınım varsa biri İan biri də sənsən.
Sevincdən gözləri dolan Teresa başı ilə təsdiqləyərək cavab verdi:
- Cenni xanım, sənin qəlbin bir mələk qəlbi kimi təmizdi. Çalış ora həmişə elə qalsın. Belə insanların hələ də var oluşu məni sevindirir. Hətta deyə bilərəm ki, insanlar da qırmızı kitaba düşə bilsəydi sən ilk səhifəsində olardın: qəlbinlə, əziminlə, güclü duruşunla. Sən məni necə ürəyinə sirdaş bilirsənsə elə mən də səni elə bilir və canımdan çox sevirəm- deyərək düşüncələrə daldı. Həqiqətən də Cennini canından çox sevirdi. Bir il ərzində Cenni təmiz qəlbi ilə Teresanin ürəyinə o cür girə bilmişdi.
Cenni göz yaşlarını gizlətmək üçün üzünü təkrar İana çevirdi.
- Minnətdaram Teresa, hər şey üçün.. Yaxşı sən aşağıya düş. İan yatsın, mən də gələcəyəm.
Bir qədər sonra Cenni Watson aşağıya düşməyə qərar verdi. Pilləkənlərdən enərkən gözləri əri Alexadera sataşdı. Əsəblə kiminləsə danışırdı. Alexander Cennini görcək yanına gəldi. Vəhşicəsinə qolundan yapışıb gözlərinin içinə baxaraq dedi:
- Səni ne qədər gözləməliyəm? Yoxsa arxanca bir maşın dolusu adam göndərməli idim?!
İlahi o necədə çirkindir. Həmişə hirslənəndə burnu genişlənir, tünd yaşıl gözləri o qədər açılır ki sanki yerindən çıxacaq. O çox vaxt bu çirkin sifətdə olur. Cennini bu düşüncələrdən qolunda hiss etdiyi möhkəm acı ayırdı. Gözlərini Alexanderdən çəkmədə:
- Qolumu buraxsanız yaxşı olar. İan nasazdır, o yatana qədər gözləməli oldum.
Ağrının dözülməzliyindən gözləri yaşaran Cenni digər əliylə ərinin qolundan tutdu.
ŞİMDİ OKUDUĞUN
Cenni Wataon
Romance19 yaşında həyatın müxtəlif oyunlarından bezmiş qadının hekayəsindən bəhs edilir... Gənc yaşında məcburi ailə həyatı quran Cenni xoşbəxtliyin nə olduğunu anlamırdı. Ömrünün qalanını oğluna həsr edən Cenninin həyatına gözlənilməyən anda Mikayıl daxi...