Hər günüm sən

8 3 0
                                    


Həyat Cenniye ən böyük oyununu oynamışdı. Onun ilk sevgisini, xəyallarını, arzularını hamısını o evdə yandırıb külə döndərmişdi.

   Mikayılın ölümündən artıq 1 ay keçirdi. Cenni hələ də xəstəxanada idi. Həkim ağır şok keçirdiyini deyirdi. Şokun təsirinden ürəyi dözməyib daxili infant halları baş verib. Oyanması möcüzə ola bilərdi. Teresa hər gün xəstəxanada idi, hər gün Cenniylə danışıb ondan bir balaca hərəkət gözləyirdi. İanı da hər dəfə xəstəxanaya gətirib, bu gün nələr etdiyini- yeridiyini, "ana" dediyini, güldüyünü Cenniyə anlatırdı. Yenə bir gün Teresa Cenninin yanına gəlib onun əlini tutub danışmağa başladı:

-Əzizim, gör neçə müddətdir ki burdasan. Sənin üçün çox darıxıram. Elə İan da çox darıxır. Bunu yaxşı hiss edə bilirəm. Gözlərini aç Cenni. Yoxluğun çox hiss olunur gözəl gözlüm. Oğlunun sənə çox ehtiyacı var, onu bu izdirab dolu dünyada anasız buraxıb getmə- deyib Cenninin soyuq əlindən opdü. Sonra qalxıb göz yaşlarını silərək çölə çıxdı. Bu vaxt Cenninin əlini tərpətdiyini görə bilmədi. Alexander çöldə qaş qabaqlı şəkildə dayanıb:

- Vəziyyəti necədir?- dedi

Teresa nifrət dolu baxışlarla Alexandere baxıb:

- Sizin üçün nəsə dəyişəcək cənab Alexander? Onun ölümünü istəmirdiniz? Cennini itiririk. Hamısını siz özünüz etdiniz. İndi daha rahat sevinə bilərsiniz- dedi

Alexander qəzəbdən partlayacaqmış kimi Teresanın yanına gələrək:

- Sən kiminlə necə danışdığına fikir ver Teresa. Elə eləmə ki sənin leşini də Cenninin yanına sərim- gözləri az qala hədəqədən çıxacaq şəkildə Teresaya bağırırdı.

Teresa heç özünü itirmədən bir az daha Alexanderə yaxınlaşaraq:

- Xəstəxanadayıq, səsinizi qaldırmasanız yaxşı olar. Yoxsa kimliyinizə baxmadan sizi çölə atarlar- deyib oradan uzaqlaşdı.

Alexander əlini yumruq edib sıxaraq ətrafa baxdı. Əyləşmiş bəzi insanlar ona baxaraq pıçıldaşırdılar. Qəzəblə, fısıldayaraq nəfəs alıb xəstəxanadan çölə çıxdı.

 Axşama yaxın Cenni gözlərini açıb ətrafa baxdı. Başının üstündə həkimlər bir- biri ilə söhbət edirdi. Cenni gözlərini tam açmadan tibb bacılarına baxaraq:

- Su, mənə su verin- dedi

 Tibb bacısı gülərək:

- Ah, nəhayət gözlərini açdı. Bu ki möcüzədir. Mən çıxıb baş həkimə xəbər verim.

Digər tibb bacısı gülümsəyərək stolun üstündəki qrafinkadan su töküb Cenniyə yardım edərək suyu ona içirdi. Sonra yenidən Cennini uzadaraq:

- Özünüzü necə hiss edirsiniz?- gülümsəyərək dedi

Cenni dərindən nəfəs alıb:

- Çox da yaxşı hiss etmirəm, ürəyim bulanır- deyərək əllərini oynatmağa çalışdı.

Tibb bacısı gülümsəyərək:

- Narahat olmayın daha yaxşı olacaqsınız- dedi

Həkim içəri daxil olub Cenninin vəziyyətinə baxaraq eyni sualı o da verdi:

- Necəsiniz? Yaxşı hiss edirsiniz özünüzü?

Cenni udqunaraq:

- Ürəyim bulanır- dedi

- Artıq bir aydır ki burdasınız xanım Cenni Watson. Bunların olması normaldır. Yenidən gözlərinizi açdığınıza görə sizi təbrik edirəm. Tezliklə ayağa qalxacaqsınız- tibb bacısına bəzi göstərişlər edərək otaqdan çıxdı.

Cenni WataonHikayelerin yaşadığı yer. Şimdi keşfedin