Səhəri gün otağından ilk ayrılan Laura olmuşdu. Malikanə olduqca səssiz görünürdü. Nə dünənki qulluqçular, nə də ki Con Kissincer ortalıqda görünmürdü. Laura bir qədər dəhlizin sağına-soluna baxıb, asta addımlarla pilləkənlərdən aşağı enməyə başladı. O, Evanın otağına keçməmişdi. Düşünürdü ki, hər kəs aşağıda - zalda səhər yeməyindədir. Lakin aşağıdan heç bir səs gəlmirdi. Laura pilləkənlərdən aşağı mərtəbəyə enərkən malikanənin iri qapılarının nisbətən kənarlarındakı hündür pəncərələrdən çölə nəzər yetirdi. Wellounghtonun ucu-bucağı görünməyən geniş həyəti, bu səhər eyni təəsüratı bağışlamırdı. Çöldə tipik Britaniya abu havası hökm sürürdü. Qatı duman, Wellounghton qəsrini dörd bir tərəfdən əhatəyə almışdı. Laura üst geyiminin önünü düymələyib, ilk öncə dəhlizi, daha sonra isə zala gözucu baxdı. Ətrafda hələ də heç kim nəzərə çarpmırdı. Laura ürkək addımlarla zala daxil oldu. Divar saatına göz gəzdirdi. Saat 11-ə 15 dəqiqə qalmışdı. Laura zala yenicə daxil olmuşdu ki, dəhlizdəki qramafon işə düşdü. Səslənən mahnının musiqisi olduqca qəribə idi. Heç sözləri də insana xoş təsir bağışlamırdı. Laura yenidən dəhlizə keçdiyində, orada heç kim yox idi. Qramafon öz-özünə işə düşmüş ola bilməzdi. Laura valı qramafondan ayırıb, bir kənara qoydu.
- Kimsə var ? - deyə, bir qədər yüksək tonda qışqırdı.
Onun səsi malikanədə əks səda vermişdi. Heç bir cavab yox idi. İndi ortalıq daha səssiz idi. Laura asta addımlarıyla bu dəfə də qəsrin mətbəxinə tərəf irəlilədi. Heç kim yox idi və hələ də səssizlik hökm sürürdü. Lakin az öncəki xoşagəlməz mahnı yenidən səslənməyə başlayanda Lauranın əlləri qıc olmuşdu sanki. O çox qorxurdu. Eyni zamanda əsəblərini cilovlaya bilmirdi. Mahnının səsi malikanəyə yayılmışdı
Lalələr üzərində yürüş... Sən, mən və bir də ulduzlar.
Lalələr üzərində yürüş... Bu xüsusi bir görüşdür.
Lalələr üzərində yürüş... Biz təkbaşımıza deyilik ki.
Onlar bizimlədirlər, elə hər zamankı kimi
Əgər onları görmək istəməsən, gözlərini yum, əzizim
Evdə gizlən əzizim, qapını və pəncərəni bağla, xeyri yoxdur bunların
Onlar içəridədirlər, onlar səninlədirlər
Lalələr üzərində yürüş... Sən, mən və bir də ulduzlar.
Laura özünü yaxşı hiss etmirdi.Wellounghton ikinci qurbanını seçmişdi artıq. O, mətbəxdə gözünə sataşan ilk küt aləti əlinə alıb, sərt şəkildə dəhlizə tərəf qaçdı və durmadan qramafona zərbələr endirərək, möhkəm səslə bağırmağa başladı. Qramafon parça-parça olsa da, Lauranın hirsi soyumurdu.
- Belə bir şeyi niyə etdiniz xanım Laura ?
Con Kissincer Lauranın tam arxasında dikilmişdi və gülərüzlə onun cavab verməsini gözləyirdi. Con Kissincer də digərləri kimi hadisələrə fərqli yanaşırdı. Onların verdiyi reaksiya, adətən baş verən hadisələrlə tərs mütənasib olurdu. Kədərli bir hadisəni gülərüzlə qarşılaya və ya bunun tam əksi - xoş bir hadisəyə ifadəsiz qala bilirdilər. Onlar öz təəsüratlarını hadisələrə görə doğru istiqamətləndirə bilmirdilər. Onlar bir tək bunu bacara bilmirdilər, bir də yemək yeməyi.
- Cənab Kissincer.. Siz nə vaxt gəldiniz ? Mən sizi görməmişəm.. - Laura titrək səslə soruşdu
- Mən elə burada idim, xanım Laura - Kissincerin gülərüzlə baxması və üz ifadəsini dəyişməməsi Lauranı olduqca narahat etmişdi. Kissincer əlavə etdi:
ŞİMDİ OKUDUĞUN
WELLOUNGHTON
HorrorWellounghton qəsri - qeyri adi və mistik gücləri olan bu qəsr, qəbul etdiyi bütün qonaqlarının xəyalları üzərində oynayaraq onları rahatlıqla şikara çevirir. İllər öncə bu qəsrdə baş vermiş amansız qətl, özüylə bərabərində növbəti qətliamları gətirə...