Bölüm 4 - Maqbet

16 3 0
                                    

 Wellounghton qəsri öz fəaliyyətinə qaldığı yerdən davam edəcəkdi. Bir sonrakı şam yeməyində hər kəs masa arxasında idi. İsak və Luranın masa arxasında olmaması Marqaretin vecinə olmasa da, Evanın diqqətini çəkmişdi və hər nə qədər Kissincer onlara öz xoşları ilə çıxıb getdiklərini desələr də, Evan sanki bir şeylər bilirdi. Digərləri masa arxasında onu nə qədər dilə tutsalar da, Evan susmağa üstünlük verirdi və öz bildiklərini büruzə etməməyə çalışırdı. Çünki o bilirdi ki, çox danışan insan gec-tez öz axmaqlığını büruzə verəcək. Marqaretə gəldikdə isə, o sevimli radio tamaşası olan Maqbetin bir sonrakı bölümünü səbrsizliklə gözləyirdi. Bu tamaşa hər həftənin cümə günü radioda yayımlanırdı. Az sonra içəriyə cənab Mouris daxil olmuşdu. O, hər zamankı kimi şıx geyimiylə göz oxşayırdı. İçəriyə girdiyi an masa arxasındakı hər kəs hörmət əlaməti olaraq ayağa qalxmışdı. Kissincer onun stulunu bir qədər arxaya çəkib, cənab Mourisin əyləşməsini gözlədi. Daha sonra hər kəs cənab Mourislə birlikdə dua etməyə başladılar. Sıra yeməyə çatanda isə Marqaret bütün diqqətini önündəki yeməklərə vermişdi. Onun önündəki yeməklər onun uşaqlıqdan bəri sevdiyi təamlar idi və elə ləziz idilər ki, Marqaret heç başını belə qaldırmağa macal tapmırdı. Evan isə öz yeməyinə başlasa da, lakin digərlərinin heç nə yeməməsi onun diqqətindən yayınmamışdı. Bir qədər kənarda çiyələkli şokolad var idi. Evan barmağını uzadaraq, yanındakı qulluqçudan, o şokoladı verməsini xahiş etdi. Qulluqçu qadın şokoladı əlinə aldı. Evan, şokoladı qulluqçudan alması üçün əlini ona uzatmışdı. Qulluqçu qadın şokoladı onun önünə qoydu. Evan əlini ona uzatdığı anda masa arxasındakı hər kəs bütün diqqətini ona yönəltmişdi. Lakin qulluqçunun şokoladı Evana toxunmadan, onun önünə qoymasından sonra sanki onlar bütün diqqətlərini yenidən öz işlərinə vermişdilər. Bu davranış da Evanın diqqətindən yayınmamışdı. O çox ağıllı adam idi və nə etdiyini çox gözəl bilirdi. Qulluqçunun onun önünə qoyduğu şokoladı ehmalca pencəyinin cibinə qoymuşdu. Bunu heç kim görməmişdi.

- Cənab Mouris, radionu işə salmağa icazə verərsiniz ? - Marqaret, zalın sol küncündəki radionu işarə edib, - çünki bu gün mənmim ən sevimli radio tamaşam olacaq. Mən indiyədək onun bir bölümünü belə qaçırmamışam.

- Hə, niyə də yox. Buyurun - Cənab Mouris dedi.

Marqaret radionu işə salmışdı. Səslənən tamaşa Uilyam Şeksprin Maqbet əsərindən idi.

Görən bunlar kimdir, ah o vəhşilər !
Necə də arıqdır, necə də zəif
Onlar yer üzərində yaşasalar da,
Bənzəmirlər yerin sakinlərinə

Tamaşanın bu hissəsində masa arxasındakı hər kəs bir anda çevrilib diqqətlə radionu dinləməyə başladı.

Yəni doğrudan da yaşayırsınız ?
Sizə sual versə insan övladı
Ona cavab tapa bilərsinizmi ?
Belə görünür ki hamınız məni
Başa düşürsünüz, anlayırsınız
Çubuqtək qurumuş barmağınızı
Qoymusunuz quru dodağınıza
Yəqin qadınsınız, amma nədənsə
Saqqalınız məni şübhəyə salır..
Diliniz yoxdurmu ? Deyin kimsiniz !

Digərlərinin baxışlarındakı qəzəb Evanı vahiməyə salmışdı. Marqaret isə heç nəyin fərqində deyildi və səssizcə radio tamaşasını dinləyirdi. Evan digərlərinin diqqətindən yayınmaq üçün başını yeməyindən qaldırmırdı. Ara-bir Cənab Mouris də ağzına bir iki tikə ət parçası atır və yenidən diqqətini radioya verirdi.

Doğruluq naminə düzlük naminə
Deyin, xəyalsınız yoxsa həqiqət ?
Sizin gözləriniz vaxtın, zamanın
Əgər dəqiqliyin görə bilirsə
Sabah nə olacaq, nə olmayacaq
Sizə agahdırsa, aşikardısa
Mənə də hər şeyi açın, söyləyin.
Mənə lazım deyil mərhəmətiniz,
Qorxmuram mən sizin nifrətinizdən !
Zamanla yaranan sarsıntılarım,
Gedənlər geriyə qayıtdılarmı ?
Bəlkə agah edəsən bizi ?
Arxa cəbhədəki məzarlığından !

WELLOUNGHTONHikayelerin yaşadığı yer. Şimdi keşfedin