1. ʙöʟüᴍ

111 7 7
                                    

Yağışlı bir gündə, radiodakı həzin musiqi sədaları altında maşınla evə doğru yol almışdım.Çox yorğun və əsəbi idim.Stressli bir gündən sonra az da olsa musiqiyə görə sakitləşirdim. Çiskin yağış yolu görməkdə biraz çətinlik yaratsa da, pəncərədən baxanda insanların qaçışdıqlarını görməmək mümkün deyildi. Bəziləri isə heçnə olmamış kimi əllərində çətirlə sakitcə ətrafı izləyirdilər.Mənzərəyə baxdıqca əsəbim sakitləşdi və üzümdə kiçik bir təbəssüm yaranmağa başladı.

Təxmini yarım saat sonra artıq evə çatmışdım.Yağış kəsmişdi.Günəş buludların arxasından çıxaraq hakimiyyətini elan edirdi.Maşından düşüb yavaş addımlarla qapıya yönəldim.Qapının qolunu burduqdan sonra klassik mənzərə yenə məni qarşıladı.Dağınıq bir otaq,stolun üstündə gecədən qalmış tum qabıqları və içki şüşələri.Təmizləməyə heç vaxtım yox idi.Bəlkə də bəhanə uydururdum,tənbəllik edirdim.Olduqca yorğun və yuxulu idim.Həmişəki kimi qalxıb soyuducudan içkimi alıb kresloya əyləşdim.Həzzlə bir iki qurtum alıb gün ərzində olanları düşünməyə başladım...

Adım George.Dəniz kənarında yerləşən, şəhərdən uzaq, kiçik bir qəsəbədə tək yaşayıram.Valideynlərimlə uzun müddət bundan əvvəl dalaşıb küsdükdən sonra ayrıldım.Çoxdandır onlardan xəbərim yoxdur.Sadəcə Josefumi adlı sakit təbiətli dənizçi bir qardaşım var.Vaxtının çox hissəsini dənizdə keçirdiyi üçün görüşməyə çox imkanımız olmur.Tək bildiyim dənizi çox sevdiyidir.Uşaqlıqda belə yalnız halda sahildə oturub fikrə dalardı.

Mən isə qəsəbədən biraz aralıda yerləşən məktəbdə tarix müəllimi işləyirəm.Arada sürücü olaraq da boş vaxtımı dəyərləndirirəm.Bu işi sevdiyimi deyə bilərəm.Qazancım az olsa da,uşaqlara bir şey öyrətmək mənə qürur verir.Bu qəsəbədə insanlar da qardaşım kimi çox soyuqqanlıdır. Ona görə də çox tanışım yoxdur.Ancaq işlədiyim məktəbdə protez ayaqlı bir fizika müəllimi var.Adı Grofy'dir.Ayağının birini uşaq vaxtı itirib.Lakin ümidini itirmədən həyata tutunaraq çox çalışıb və müəllimliyi seçib.Müxtəlif diplomlar və ünvanlar qazanmışdı.Buna baxmayaraq o daha gözəl yerləri rədd edərək bu məktəbi seçib və özü kimi tələbələr yetişdirməyə qərar verib.

İçkim bitdiyi üçün soyuducudan təzəsini götürmək qalxırdım ki, telefonuma zəng gəldi.Grofy idi:

Gr:Hey dostum necəsən?
Ge: yorğunam yeni gəldim.sən nə işlər çevirirsən?
Gr:Lənətə gəlsin əlayam.Sahilin yanındakı Crabby restoranındayam.Yeni qaynadılmış xərçənglər var təcili gəlməlisən.
Ge:Orda görüşərik

Plaşımı geyinib köhnə şlyapamı taxıb yola düşdüm.Sürətli addımlarla ilərləyirdim.Günəş yenə yoxa çıxmış,zəif külək əsməyə başlamışdı.Biraz soyuq idi.Görəsən Josefumi nə edirdi?

Restorana çatmağıma az qalmışdı.Artıq görünürdü.Qayalıqların üstündə yerləşən bu restoran uzun müddətdir ki fəaliyyət göstərir.Balıqçılar üçün vazkeçilməz bir məkandır.Nadir də olsa gənclər buraya gəlib əyləncəli vaxt keçirirlər.Taxta qapını itələyib içəri daxil oldum.Həmişəki kimi içərisi dolu və səs küylü idi.Ətrafı süzməyə başladım.Grofy ən arxada pəncərənin yanında əyləşmişdi.Məni görən kimi əlini havaya qaldırıb yelləməyə başladı.Yaxınlaşdım.Görüşüb hal əhval tutduqdan sonra əyləşdim:

Gr:Artıq sifarişi vermişəm.Olduqca ləzzətli və təzə xərçənglər var.Doğrusu özümü tuta bilmədim iki ədəd yedim.

Ge:(gülərək)problem yoxdur.Mənədə maraqlı gəldi bu xərçənglər.

Gr: bu gün hesab məndəndir rahat ol.

Sifarişləri gözləyirdik.Bir yandan arxa fonda,stolun üstündəki radioda "Give me the sea" oxuyurdu.Biraz keçməmiş yeməklərimiz gəlmişdi.Doğrusu mən bəyənməmişdim.Neytral dadı var idi.Grofy isə amansızca xərçəngləri parçalayırdı.Gülməkdən qarnım ağrıyırdı.Grofydə gülməyə çalışdıqca ağzındakı tikələr yerə tökülürdü.Ətrafdakılar bizə baxırdı.Bir müddət bu davam etdikdən sonra sakitləşdik.

Ge:Hə professor işlər necə gedir?Yenə nəsə icad üstündə çalışırsan?

Gr:Əslində düşünürəm.Maraqlı bir şey kəşf etmişəm bu yaxınlarda.Ancaq burda danışa bilmərəm.Səni boş vaxtımda çağıracam evimə.Ətraflı söhbət edərik.

Heç bir şey anlamadım.Maraq içimi yeyirdi.Grofy hesabı ödədikdən sonra sağollaşdıq.Yollarımızı ayırıb öz evlərimizə doğru yol aldıq..


Zaman SəyyahıHikayelerin yaşadığı yer. Şimdi keşfedin