Ayılanda başqa bir yerdəydim.Huşumu itirmişdim.Əsgərlər məni xalqın önünə çıxarmışdılar.Bilmədiyim bir tikilinin üzərində,rütbəli şumerlərin önündə dizləri üstündə çökmüş haldaydım.Nəyi var məni əzişdirmişdilər.Keçəl şumerdə yanımda idi.Onada mənim kimi işgəncə vermişdilər.Onu sıxışdırır,barmaqlarıyla məni göstərib ağzından söz almaq istəyirdilər.Ona verdiyim fənər içlərində ən göstərişli geyinmiş birinin əlindəydi.Yerə çırparaq çilik çilik etdi.Qəzəbli baxışlarla məni süzərək yaxınlaşırdı.Görməyən gözümə çıtma vurdu və saçlarımdan yapışaraq məni zorla ayağa qaldırdı.Durmadan öz dilində üstümə bağırırdı.Anladığım qədəriylə kim olduğumu öyrənmək istəyirdi.Geyimim,üstümdə tapılan əşyalar buralı olmadığımı sübut edirdi.Əsəbləşməyə başlayırdım.Burdan qaçmasam öldürüləcəkdim.Lənətə gəlmiş bu şumerin qarnına bir yumruq ataraq yerə yıxdım.Əllərindən çıxaraq bu piramidaya bənzər tikilinin pilləkənlərindən sürətlə aşağı enirdim.Arxamdan səs küy yaranmışdı.Əsgərlər arxama düşmüşdü.Xalq isə sanki məni dəstəkləyirdi.Hara və nə qədər qaçdığımı bilmirdim.Təngənəfəs halda insanların arasından keçərək taxta gəmilərin olduğu tərəfə limana doğru qaçırdım.Lakin yaralı olduğum üçün artıq dayana bilmirdim.Yıxıldım.Arxama baxdıqda tonla əsgərin arxamca gəldiyinin fərqinə vardım:
Gr:George!Tut bunu!
Grofy zaman maşını ilə bir neçə metr aralıda dayanmışdı.Axır ki gəlib çıxmışdı.Əlindəki daşı mənə sarı tulladı.Nə etmək istədiyini anlamışdım.Təhlükəli olsa da məcbur idim.Daşı sağ əlimə alıb ovcumda bərk sıxmağa başladım.İlk saniyələrdə heç bir təsiri yox idi.Ümidimi üzmüşdüm.Qəfil qolum titrəməyə başladı.Özümü qəribə hiss etməyə başladım.Ürək döyüntülərimi net olaraq eşidirdim.Qanın dövranı bədənimdə sürətlənirdi.Enerjiylə dolurdum sanki.Ayağa qalxıb özümə gəlməyə çalışırdım.Elə bil yeni doğulmuş körpəydim.Ağrılarım keyimişdi və nəyi var hərəkət etmək istəyirdim.Əsgərlərdən biri kürəyimdən yapışdı.Başıma vurmağa başladı.Heç bir təsiri yox idi.Daşın yaratdığı güc qüvvəti indi daha yaxşı anlayırdım.Sağ yumruğumla qoluna vurdum.Əsgər bir metr aralıya uçdu.Nə qədər qüvvətli olduğumu digərləridə hiss etdi.Qorxaraq geri çəkilib qışqırırdılar.Ətrafda baş verənlər hadisələr çox yavaş sürətdə gerçəkləşirdi.Grofy'ə doğru qaçaraq maşına mindim.Grofy daşı əlimdən alaraq götürdü.Özümə gəlməyə başlayırdım.Hər şey normala qayıdırdı.Grofy qaza basaraq maşını işə saldı və sağ açarı çəkdi.Evimizə qayıtmışdıq...
Gr:İndi yaxşısan?
Ge:Heç bu qədər yaxşı olmamışdım.Nələr baş verdi?Gr:"Sən qəfildən maşından yerə tullanıb Aiiub'dan intiqam almaq istədin.Açarı çəkdiyim üçün artıq gec idi.Evə qayıtdıqda təhlükədə olduğunu düşünüb ehtiyat üçün beşinci daşı özümlə götürdüm.Doğrusu şumerlərin dövrünü yenidən tapmaq çox çətin oldu.Müxtəlif dövrlərə səyahət etsəmdə heç cürə bundövrü tapa bilmirdim.Əlacımız kəsilmiş halda son dəfə sınadıqda artıq gəlmişdim.Buna görə də biraz gecikdim.Sən daşı əlinə aldıqda özünü görməliydin.Tək yumruğunla əsgəri bir qədər geri tulladın.Səndən necə də qorxurdular"-deyib gülməyini tuta bilmədi.
Ge:Doğurdan deyirsən?
Gr:And olsunki o qədər sürətli qaçırdın ki,digərləri kimi səndə göz qırpımında itib peydə olurdun.Ancaq daşın pis təsir edəcəyindən uzun müddət əlində saxlamağına icazə verə bilməzdim.
Ge:Əsas odurki canımızı qurtardıq.
Gr:Haqlısan.Ac və yorğunuq.Gəl restorana gedək.
Maşını qaraja yerləşdirib birlikdə Crabby restoranına doğru yol aldıq.Yolda gedərkən bir şeyin fərqinədə vardım.Yaralarım sağalmışdı və çox gümrah hiss edirdim.Gözümdə görürdü.Hamısı daşın təsiri idi.Daşı daha çox istifadə etməliydim.Cəzb edici qüvvəsi vardı sanki.Dənizçiləri indi daha yaxşı anlayırdım.Bəs görəsən necə olurdu ki Aiiub daha qüvvətli idi?Bəlkə o daha bilmədiyimiz fərqli daşlar işlədir?Bu sualları düşünərkən artıq çatmışdıq.Həmişəki yerimizə əyləşdik.Toyuq qızartması və içki sifariş etdik.Başım zaman səyahətinə necə qarışmışdısa çoxdandır belə ləzzətlərdən uzaq qalmışdım.Bir yandan da Grofy'lə söhbət edirdik:
Gr:Danış görək sənin başına nələr gəldi?
Ge:Lənətə gəlmiş Aiiub'u nəyi var əzişdirməyə başlamışdım.Ətrafdakılarda bizi izləyirdi.
Gr:Bu necə mümkündür?Nə əcəb daşdan istifadə edərək özünü müdafiə etməyib?
Ge:Məndə tam olaraq şübhə içindəydim.Birdə baxdımki yoxa çıxaraq arxamda peydə olub.Sanki heç bir şey olmamış kimi dayanmışdı.Üzündəki yaralar qan ləkəsi yoxa çıxmışdı.Dediyinə görə zamanı geri çəkərək hadisələri sıfırlayıb.Bildiyin mənimlə oyun oynadı.Sonrada əsgərlər gəlib məni tutdular.
Gr:Doğurdanda Aiiub çox şey bilir.Daşları daha məharətlə istifadə edir.Diqqətli olmalıyıq.
Ge:Daşlar olmadan onunla mübarizə apara bilməyəcəm.Josefumi'yə söz verdimki intiqamını alacam.
Grofy bir qədər fikrə getdi.Səssizlik oldu.Bir qədər sonra boğuq səslə:
Gr:George..Gəl evə gedək.Sənə deməli sözüm var.
Heç bir şey anlamamışdım.Hesabı ödəyib yola düşdük.Evə çatan kimi qaraja girdik.Grofy titrək səslə danışmağa başladı:
Gr:Bilirsən nəyə görə zaman maşınını düzəltmək istəyirdim?Nə xəzinə nə var dövlət.Sadəcə keçmişdə itirdiklərimi görmək üçün.Bir neçə saniyəliyinə olsa belə.İndi bu mümkündür.Ancaq "Alın Yazısı"dediyimiz şeydən qaçış yoxdur dostum.Hər şey silinməz mürəkkəblə yazılıb...
Çox qəribə idi.Grofy bunları danışarkən göz yaşlarını gizləməyə çalışırdı.Üzünü məndən gizlətdi.Maşına əyləşməyimi xahiş etdi.İçimdə qəribə bir hiss var idi.Sol açarı çəkdi...
Havadan barut qoxusu gəlirdi.Gecənin bir ortası insanlar sağa sola qaçışırdı.Nə baş verirdi?Grofy və mən maşınla tanımadığımız bir kənd yerində kərpic evlərin yanından ötərək keçirdik.Niyə Grofy bizi bura gətirmişdi?Ona dəfələrlə səslənsəmdə eşitməməzliyə vurub maşını elə hey sürürdü:
Ge: Grofy nə baş verir?Eşitmirsən məni?!
Gr: Sakit ol George.Josefuminin intiqamını al və əsla o öldürülən zamana qayıtma!Əlvida!
Grofy maşını saxladı.Balaca bir evin qarşısında dayanmışdı.Axsaya axsaya ora doğru getdi.İçəridən bir kişi və qadın çıxdı.Onlar mənə tanış gəlməyə başlayırdı...Hə.. Onlar divarda asılmış şəkildəki şəxslər idi.Bunlar Grofy'nin anası və atası idi!Bir birilərini qucaqlayıb öpürdülər.Təsirli mənzərəydi...
Anidən atəş açıldı.Grofy və valideynləri güllə yağışına tutuldular.Evin arxasından çıxan iki əsgər onları öldürmüşdü.Şokdaydım.Hər şeyi indi anlayırdım.Müharibənin tam ortasındaydım.Grofy anası və atasını görməyə gəlmişdi.Və öldürüldü.Anlamalıydım.Təpələrin üstüylə gedən tanklar və qışqıran insanlar..
Boğazım qurumuş halda maşını tələsik işə salıb açarı çəkdim...

ŞİMDİ OKUDUĞUN
Zaman Səyyahı
FantasíaZaman maşınıyla müxtəlif dövrlərə səyahət edən gəncin macəraları